Bayram süfrəsi açmaq neçəyə başa gəlir? Reportaj - Foto+Video
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Abunə olmaq
Kənd çolpası 12 manata, hind toyuğunun bir kiloqramı isə 18 manatdır.
BAKI, 27 dekabr — Sputnik. "Bazarda qiymətlər nə ucuzdur, nə də baha. Evimə yaxındır deyə bazarlığı buradan etmişəm. Yeni il üçün hind toyuğu, kənd çolpası almamışdım, onları da aldım. Qiymətlər bir az bahalaşıb. Kənd çolpasını 12 manata, hind toyuğunun isə bir kiloqramını 18 manata aldım. Ötən il də qiymət təxminən belə idi. Bayrama yaxın bahalaşdırmasalar, yenə yarmarka sərfəlidir".
Bunu Sputnik Azərbaycan-a paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunmuş yarkmarkadan alış-veriş edən Bakı sakini Aqşin Qurbanov söyləyib.
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Yeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkasında yeni ilqabağı qiymətləri araşdırıb.
Yarmarkada mal əti 13,50, qoyun əti isə 15,50 qəpiyə təklif olunur. Farel 13 manat, dəniz sazanı 9 manat, xanı balıq 6, belamur isə 9 manata satılır. Yeni il süfrəsinin bəzəyi olan hid toyuğunun bir kiloqramı 15-18 manata təklif olunur. Ördək 14 mant, toyuq 12-14 manatdır. Bayram plovu üçün düyünün qiyməti isə 2,70-5 manat arasındadır. Gavalı qurusu 5-13 manata, ərik qurusu 8-15 manata, şabalıd 11-14 manat, kişmiş 7-14 manatdır. Bayram süfrəsini cərəzlərlə bəzəmək istəyənlər isə büdcədən xeyli pul xərcləməlidirlər. Çünki, çərəzlərin qiymətində bayramqabağı artım var. Qoz ləpəsinin qiyməti 14 manatdan 18-20 manatadək dəyişir. Fındıq ləpəsi isə satışda 16 manatdan başlayır. Bakı badamı 17-22 manat arasında dəyişir. Süfrə üçün qara kişmiş 12, ağ kişmiş isə 17 manata təklif olunur. Xurma qurusunun bir kiloqramı 6 manatdır. Qarzaqlı qoz 6-8 manata, fındıq isə 7-9 manatdır. Meyvələrin qiyməti isə bazardan elə də ciddi fərqlənmir. Alma 1-2,50 qəpik, armur 2-2.50, portağal 2.50, üzüm 3, mandarin 1.50-2.80, kivi 2.50, kinkan 2.20, xurma 1, əzgil 3.50, nar 1-3 manat, heyva 1-3.50 təklif olunur.
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Yeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Satıcılar hələki alıcı bolluğunun olmadığını, ümidlərini bayram günlərinə bağladıqlarını söylədilər.
Alıcılar isə yeni il süfrəsi açmaq üçün ən azı 250-300 manat tələb olunduğunu söyləyiblər.
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Yeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, nazirliyin tabeliyində "Aqrar tədarük və təchizat" ASC təşkilatçılığı ilə sayca 7-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətində davam edəcək.
Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Yeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Yarmarkada ölkənin 30 şəhər və rayonundan gələn 100-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 100-dən artıq məhsul çeşidini satışa çıxarıb. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.
© Sputnik / Zullfiye GuluyevaYeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
Yeni illə bağlı təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkası
© Sputnik / Zullfiye Guluyeva
Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir.