Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Bakıdan Minvoda uçan AZAL təyyarəsi geri qayıtdı

© Photo : AZALTəyyarələr, arxiv
Təyyarələr, arxiv - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
BAKI, 27 dekabr — Sputnik. Səhər saatlarında Bakıdan Minvod istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatından məlumat verilib.
Bildirilib ki, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0