https://sputnik.az/20241227/abs-trampin-iqtisadi-siyasetinin-risklerini-aciqladi-469705230.html
ABŞ Trampın iqtisadi siyasətinin risklərini açıqladı
ABŞ Trampın iqtisadi siyasətinin risklərini açıqladı
Sputnik Azərbaycan
FED Trampın hərəkətləri üzündən inflyasiyanın artması risklərindən narahatdır. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T19:57+0400
2024-12-27T19:57+0400
2024-12-27T19:57+0400
donald tramp
dünya xəbərləri
iqtisadi
vergi
avropa
mərkəzi bank
tarif
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467586796_0:0:3068:1727_1920x0_80_0_0_7ff597ba03920e18c7984767bdb2aa00.jpg
BAKI, 27 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın iqtisadi siyasəti ölkədə inflyasiya təzyiqini artıra bilər. Bu barədə "Wall Street Journal" (WSJ) nəşri ABŞ Federal Ehtiyat Sisteminin (FES, FED) nümayəndələrinə istinadən xəbər verib. Nəşrin yazdığına görə, FED-in sədri Cerom Pauel Trampla münaqişədən uzaq durmağa çalışaraq kənarda qalmağa üstünlük verir. Onun bəzi həmkarları Trampın andiçmə mərasimindən sonra həyata keçirməyi planlaşdırdığı hərəkətlərdən ciddi narahat olduqlarını bildirirlər. Lakin Pauel seçilmiş prezidentlə qarşıdurmanın qarşısını almaq üçün işçilərdən ictimai müzakirələrdən çəkinmələrini xahiş edir. Yeni tariflərin tətbiqi və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi səbəbindən ABŞ-da inflyasiya 2025-ci ildə gözləniləndən yüksək ola bilər. Federal Ehtiyat Sisteminindən bildirilib ki, bütün bunlar qiymət və əmək haqqlarının artmasına səbəb olacaq. Bu yaxınlarda Trampın siyasətinə görə Avropa iqtisadiyyatının yavaşlayacağı proqnozlaşdırılıb. Bu proqnozu Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Piero Cipollone səsləndirib və əlavə edib ki, ABŞ malların idxalına 10-20 faiz rüsum tətbiq etsə, mənfi ssenari əldə edilə bilər. O qeyd edib ki, Avropadan olan iri ixracatçılar üçün ABŞ bazarı çox vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467586796_1:0:2732:2048_1920x0_80_0_0_1558a78f8f367f716d27255a5bfdaef8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, iqtisadi, vergi, avropa, mərkəzi bank, tarif, inflyasiya
donald tramp, iqtisadi, vergi, avropa, mərkəzi bank, tarif, inflyasiya
ABŞ Trampın iqtisadi siyasətinin risklərini açıqladı
FED Trampın hərəkətləri üzündən inflyasiyanın artması risklərindən narahatdır.
BAKI, 27 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın iqtisadi siyasəti ölkədə inflyasiya təzyiqini artıra bilər. Bu barədə "Wall Street Journal" (WSJ) nəşri ABŞ Federal Ehtiyat Sisteminin (FES, FED) nümayəndələrinə istinadən xəbər verib.
Nəşrin yazdığına görə, FED-in sədri Cerom Pauel Trampla münaqişədən uzaq durmağa çalışaraq kənarda qalmağa üstünlük verir. Onun bəzi həmkarları Trampın andiçmə mərasimindən sonra həyata keçirməyi planlaşdırdığı hərəkətlərdən ciddi narahat olduqlarını bildirirlər. Lakin Pauel seçilmiş prezidentlə qarşıdurmanın qarşısını almaq üçün işçilərdən ictimai müzakirələrdən çəkinmələrini xahiş edir.
Yeni tariflərin tətbiqi və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi səbəbindən ABŞ-da inflyasiya 2025-ci ildə gözləniləndən yüksək ola bilər. Federal Ehtiyat Sisteminindən bildirilib ki, bütün bunlar qiymət və əmək haqqlarının artmasına səbəb olacaq.
Bu yaxınlarda Trampın siyasətinə görə Avropa iqtisadiyyatının yavaşlayacağı proqnozlaşdırılıb. Bu proqnozu Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Piero Cipollone səsləndirib və əlavə edib ki, ABŞ malların idxalına 10-20 faiz rüsum tətbiq etsə, mənfi ssenari əldə edilə bilər. O qeyd edib ki, Avropadan olan iri ixracatçılar üçün ABŞ bazarı çox vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.