Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizində bu gün üçüncü zəlzələ baş verib

© AP Photo / TATAN SYUFLANA Seysmoqraf, arxiv şəkli
Seysmoqraf, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Abunə olmaq
Zəlzələlərin tədqiqatı bürosu Xəzər dənizində gün ərzində baş verən zəlzələ ocaqlarından birincisinin 63, ikincisinin isə 30, üçüncüsünün isə 50 km dərinlikdə yerləşdiyini bildirib.
BAKI, 26 dekabr — Sputnik. Xəzər dənizində bu gün ərzində üçüncü zəlzələ baş verib.
Bu dəfə təkanın maqnitudası 3,4-ə bərabər olub. Zəlzələ ocağı 50 km dərinlikdə qeydə alınıb.
***
Xəzər dənizində bu gün 2 dəfə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, birinci yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Bu zəlzələ ocağının dərinliyi 63 kilometr olub.
Zəlzələlərin tədqiqatı bürosu Xəzər dənizində gün ərzində ikinci zəlzələnin Bakı vaxtı ilə saat 07.28-də qeydə alındığını bildirib. Bu zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
03:00
Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.
13.05.24, 13:11
Lənkərandakı zəlzələdən sonra yenə zəlzələ olacaq?
Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb. Bu barədə biz xəbərdarlıq etmişdik.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.
"Zəlzələ hətta Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb" - o, əlavə edib.
Qurban Yetirmişli hazırda qorxunun olmadığını deyib:
"Əhali narahat olmasın. Bu zəlzələ dağıdıcı yükə sahib deyildi".
Mütəxəssis deyib ki, Azərbaycan seysmik zonada yerləşir, buna görə elə gün olmur ki, müəyyən təkan olmasın:
"Amma sizə deyim ki, Lənkərandakı zəlzələ hər hansısa başqa ocaqları oyada bilməz".
Qeyd edək ki, Lənkəranda mayın 11-də zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
11.05.24, 23:16
Lənkəranda yeraltı təkanlar təkrarlanıb, afterşoklar davam edir - VİDEO
Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Afterşoklar davam edir
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.
Bürodan daxil olan məlumatda bildirilir ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
***
Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.
Xəbər lenti
0