https://sputnik.az/20241226/teyyarenin-qezaya-ugradigi-yerde-axtarislar-basa-catdi-469659669.html
Təyyarə qəzasında ölən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb - Siyahı
Təyyarə qəzasında ölən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb - Siyahı
Sputnik Azərbaycan
Təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T14:25+0400
2024-12-26T14:25+0400
2024-12-26T22:06+0400
təyyarə
aktau
qəza
azal
qazaxıstan
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_0:161:3069:1887_1920x0_80_0_0_d6e562901a71eeabd94fe8b471c44f19.jpg
BAKI, 26 dekabr — Sputnik. “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.***Təyyarənin qəzaya uğradığı yerdə axtarışlar başa çatdıXilasetmə xidmətləri ötən gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarışları başa çatdırıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. "Xilasetmə xidmətləri axtarışları başa çatdırıb. Təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb. Bütün zərərçəkənlər lazımi müayinələrdən keçirilib. Xəstələr vəziyyətlərinə uyğun olaraq xəstəxanaya yerləşdirilib və tam müalicə olunurlar", -məlumatda deyilir. Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə quşlarla toqquşduqdan sonra komandir Aktaudakı alternativ aerodroma getmək qərarına gəlib. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 29 nəfər sağ qalıb. Rusiya səfirliyinin məlumatına görə, doqquz rusiyalı sağ qalıb. Ümumilikdə, siyahılara görə, təyyarədə 16 Rusiya vətəndaşı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_169:0:2900:2048_1920x0_80_0_0_e23aa68ee995589603229314705d9704.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
təyyarə, aktau, qəza, azal, qazaxıstan
təyyarə, aktau, qəza, azal, qazaxıstan
Təyyarə qəzasında ölən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb - Siyahı
14:25 26.12.2024 (Yenilənib: 22:06 26.12.2024) Təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb.
BAKI, 26 dekabr — Sputnik. “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Təyyarənin qəzaya uğradığı yerdə axtarışlar başa çatdı
Xilasetmə xidmətləri ötən gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarışları başa çatdırıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Xilasetmə xidmətləri axtarışları başa çatdırıb. Təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb. Bütün zərərçəkənlər lazımi müayinələrdən keçirilib. Xəstələr vəziyyətlərinə uyğun olaraq xəstəxanaya yerləşdirilib və tam müalicə olunurlar", -məlumatda deyilir.
Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə quşlarla toqquşduqdan sonra komandir Aktaudakı alternativ aerodroma getmək qərarına gəlib. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 29 nəfər sağ qalıb. Rusiya səfirliyinin məlumatına görə, doqquz rusiyalı sağ qalıb. Ümumilikdə, siyahılara görə, təyyarədə 16 Rusiya vətəndaşı olub.