https://sputnik.az/20241226/teyyare-qezasinda-xesaret-alan-rusiya-vetendaslari-moskvaya-aparilib-469673404.html
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılıb
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılıb
Sputnik Azərbaycan
Moskvaya çatdırılan yaralı Rusiya vətəndaşları arasında milliyətcə azərbaycanlı olan bir Rusiya vətəndaşı da var. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T15:50+0400
2024-12-26T15:50+0400
2024-12-26T22:06+0400
"embraer 190" təyyarəsi
“embraer” şirkəti
aktau
təyyarə qəzası
rusiya
prezident ilham əliyev
qazaxıstan
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469638850_0:276:672:654_1920x0_80_0_0_93a33195cdef5838cd7b3d4cdd5ba2ab.jpg
BAKI, 26 dekabr - Sputnik. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyardə olan Rusiya vətəndaşları Moskvaya gətirilib.Bu gün Rusiya prezidentinin tapşırığına və fövqəladə hallar nazirinin göstərişinə əsasan, Fövqəladə Hallar Nazirliyinin xüsusi tibbi modullarla təchiz olunmuş təyyarəsi Aktauda təyyarə qəzasında yaralanan 9 Rusiya vətəndaşını Moskvaya gətirib. Rusiya Fövqəladə hallar nazirliyinin xüsusi təyinatlı təyyarəsi Moskvanın Jukovski hava limanına enib. Daha sonra təcili tibbi yardımlar 9 yaralını Moskvanın müxtəlif xəstəxanalarına çatdırıblar.Yaralılardan ikisi Moskvanın Slifasovski adına Elmi Tədqiqat İnstitununun Təcli Tibbi Yardım şöbəsinə gətirilib. Bunlar Çeçenistan sakinləri Arbi Yandarov və Mədinə Arsbayevadır.Qohumlarının APA-ya verdiyi məlumata görə, Mədinə Asbayevanın vəziyyətinin ağır, Arbi Yandarovun isə qənaətbəxşdir, huşu yerindədir.Moskvaya çatdırılan yaralı Rusiya vətəndaşları arasında milliyətcə azərbaycanlı olan bir Rusiya vətəndaşı da var. O 1988-ci il təvəllüdlü Zaur Məmmədovdur. Həmin azərbaycanlının Moskvanın hansı xəstəxanasına yerləşdirildiyi barədə məlumat yoxdur. Rusiya Fövqəladə hallar nazirliyi sağlamlıq vəziyyəti yaxşı olanla psixoloji yardım göstəriləcəyini açıqlayıb.Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469638850_0:213:672:717_1920x0_80_0_0_579d9e86f29015bb05a831319bafe521.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"embraer 190" təyyarəsi, “embraer” şirkəti, aktau, təyyarə qəzası, rusiya, prezident ilham əliyev, qazaxıstan
"embraer 190" təyyarəsi, “embraer” şirkəti, aktau, təyyarə qəzası, rusiya, prezident ilham əliyev, qazaxıstan
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılıb
15:50 26.12.2024 (Yenilənib: 22:06 26.12.2024) Moskvaya çatdırılan yaralı Rusiya vətəndaşları arasında milliyətcə azərbaycanlı olan bir Rusiya vətəndaşı da var.
BAKI, 26 dekabr - Sputnik. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyardə olan Rusiya vətəndaşları Moskvaya gətirilib.
Bu gün Rusiya prezidentinin tapşırığına və fövqəladə hallar nazirinin göstərişinə əsasan, Fövqəladə Hallar Nazirliyinin xüsusi tibbi modullarla təchiz olunmuş təyyarəsi Aktauda təyyarə qəzasında yaralanan 9 Rusiya vətəndaşını Moskvaya gətirib. Rusiya Fövqəladə hallar nazirliyinin xüsusi təyinatlı təyyarəsi Moskvanın Jukovski hava limanına enib. Daha sonra təcili tibbi yardımlar 9 yaralını Moskvanın müxtəlif xəstəxanalarına çatdırıblar.
Yaralılardan ikisi Moskvanın Slifasovski adına Elmi Tədqiqat İnstitununun Təcli Tibbi Yardım şöbəsinə gətirilib. Bunlar Çeçenistan sakinləri Arbi Yandarov və Mədinə Arsbayevadır.
Qohumlarının APA-ya verdiyi məlumata görə, Mədinə Asbayevanın vəziyyətinin ağır, Arbi Yandarovun isə qənaətbəxşdir, huşu yerindədir.
Moskvaya çatdırılan yaralı Rusiya vətəndaşları arasında milliyətcə azərbaycanlı olan bir Rusiya vətəndaşı da var. O 1988-ci il təvəllüdlü Zaur Məmmədovdur. Həmin azərbaycanlının Moskvanın hansı xəstəxanasına yerləşdirildiyi barədə məlumat yoxdur. Rusiya Fövqəladə hallar nazirliyi sağlamlıq vəziyyəti yaxşı olanla psixoloji yardım göstəriləcəyini açıqlayıb.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.