Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

TƏBİB sədri yaralananların vəziyyəti ilə bağlı açıqlama verdi

© Photo : APA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov
 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov  - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Abunə olmaq
Artıq təyyarə qəzasında xəsarət almış 14 nəfər "Yeni Klinika"ya qəbul olunub.
BAKI, 26 dekabr - Sputnik. "Bir qism yaralılar artıq klinikaya qəbul olunub. Yaralıların vəziyyəti dəyərləndirilir. Onların əlavə müayinələrə ehtiyacları təmin olunub. Onlar artıq stasionar müalicə üçün şöbələrə qaldırılıb.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən bütün müayinələr və müalicələr hazırda tibb müəsissəmizdə həyata keçirilir. Məqsədimiz qəzada xəsarət alanların tezliklə sağlamlığına qovuşmasıdır".
Bu barədə bu gün "Yeni Klinika"da olarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, yaralıların "Yeni Klinika"da qəbulu həyata keçirilir və artıq 14 nəfər "Yeni Klinika"ya qəbul olunub.
Qurbanov bildidib ki, Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub.
AZAL təyyarəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
AZAL təyyarə qəzasında ölən və yaralananlara kompensasiya ödəyəcək - məbləğ açıqlandı
Xəbər lenti
0