DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyalılar Dəməşqdə hakimiyyət dəyişəndən sonra kütləvi şəkildə Türkiyəni tərk edirlər

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidDəməşqə mənzərə, arxiv
Dəməşqə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Abunə olmaq
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda respublika ərazisində Suriyadan olan 2,9 milyondan bir qədər çox qaçqın ola bilər.
BAKI, 26 dekabr — Sputnik. Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən vətənə qayıdan Suriya vətəndaşlarının sayı kəskin artıb.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya "Anadolu" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyədə 2 milyon 920 min 119 suriyalı qaçqın yaşayır. Əli Yerlikaya qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra geri dönüş tempi 7 dəfə artıb.
"Əgər noyabrın 25-dən dekabrın 8-dək Suriyaya könüllü olaraq 3433 suriyalı qayıdıbsa, dekabrın 9-dan dekabrın 23-dək bu rəqəm 23 440 olub" - nazir izah edib.
Geri qayıdanların yarıdan çoxu sərhədi Hatay vilayətindəki "Cilvegözü" keçid məntəqəsindən keçir. Ümumilikdə suriyalıların geri qayıtması üçün altı keçid məntəqəsi açılıb. Qaçqınların əksəriyyəti Türkiyənin Hatay və Qaziantep kimi sərhəd vilayətlərindən, həmçinin 2500-ə yaxın insanın vətənlərinə geri döndüyü İstanbuldan yola düzəlib.
Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qruplarının Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçməsindən sonra Suriyada vəziyyət dəyişib. Dəməşq dekabrın 8-də onların nəzarətinə keçib.
Suriya Prezidenti Bəşər Əsəd münaqişə tərəfləri ilə danışıqlar aparıb və postunu tərk etmək qərarına gəlib, bundan sonra ailəsi ilə birlikdə ölkəni tərk edib. Rusiya humanitar əsaslarla ona sığınacaq verib.
Dekabrın 11-də Suriyada 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşması məlum olub. Ona keçmiş inkişaf və humanitar məsələlər naziri Məhəmməd əl-Bəşir rəhbərlik edir.
Xəbər lenti
0