https://sputnik.az/20241226/nato-rusiya-ile-muharibe-konsepsiyasini-deyisib-469673765.html
NATO Rusiya ilə müharibə konsepsiyasını dəyişib
NATO Rusiya ilə müharibə konsepsiyasını dəyişib
Sputnik Azərbaycan
Okeanın o tayından yeni sülh təşəbbüsləri haqqında xəbərlər gəldiyi zaman Qərbin strateji məqsədləri barədə bəzi məqamlara yenidən nəzər salmaq yerinə düşər. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T22:17+0400
2024-12-26T22:17+0400
2024-12-26T22:17+0400
nato
təhlil
rusiya
nyu-york
vaşinqton
ukrayna
london
amerika
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226140_0:0:1999:1125_1920x0_80_0_0_e66441fe7f868b8ba9a2a73b736eee0f.jpg
Bu günlərdə qitədəki geosiyasi böhranı həll etmək üçün "sülh təşəbbüsləri" haqqında çox danışan NATO və Aİ, eyni zamanda Rusiyaya hücum etməyə hazırlaşırlar. Bizə düşmən olan təşkilatların qərargahları Brüsseldə yerləşir və göz qabağında olan odur ki, orada bizi yer üzündən silmək haqqında planlar hələ də gündəmdir. Qərb xristianlarının Milad bayramını qeyd etdiyi həftədə bizimlə yeni "kiçik qalibiyyətli müharibə" planları yenə gündəmdədir və bu ideya mediyaya sızdırılan yeni detallarla şaxələnib. Təbii ki, ictimai rəydə bu planlar "dünyanın rifahı naminə hərəkətlər" zərfinə bükülüb. Yeri gəlmişkən, bu fürsətdən istifadə edərək qərb kəşfiyyatına təşəkkürümüzü çatdırmalıyıq. Onların Rusiyanın hərbi, iqtisadi və sosial potensialı haqqında verdikləri qiymətləndirmələr o dərəcədə səhvdir ki, onlara elə bu tərzdə işləmələrini arzulamaq lap yerinə düşər. Yuxarıda adı çəkilənlərin hamısı bütün Qərb dünyasını aldatmaqdan əl çəkməyib, öz səhv fikirlərini israrla yürütməyə çalışırlar. Belə isə, bizim də bu fikir mübadiləsinə qoşulmağımızın vaxtı gəlib çatıbdır. Amerikalılar avropalıları bayırlıq paltar geyinib Ukrayna uğrunda döyüşə getməyə təşviq edir. "Sülh və təhlükəsizliyi təmin etmək üçün". Dərin dövlət nəşri olan "Foreign Policy"nin yazdığına görə, Rusiya məhz bu "tərəqqi və demokratiya" dəyərlərinə diş qıcıdır. Makronun bu ilin fevralında etdiyi saxta bəyanata görə, "Avropa hərbi kontingenti" "Hərbi Təmas Meydanındakı vəziyyəti köklü surətdə dəyişməli idi". Həmin vaxt bildirilirdi ki, USQ nə az – nə çox, Qara dənizi nəzarətə götürmək üçün əks-hücuma hazırlaşır. Əminliklə demək olar ki, Avropa qoşunları bu əməliyyatlarda "qoç başı" kimi istifadə edilməli idi. Biz bu sxemi əzbərdən bilirik: Rusiyaya qarşı növbəti blitskriqdə sürətli qələbə xülyasına qapılaraq, donuz cərgəsi ilə üstümüzə gəlmək istəyirdilər. Planlar gerçəkləşmədi və əks hücum daha bir uğursuzluqla başa çatdı. Elə bir uğursuzluq ki, onun əks-sədası nəticəsində USQ-nin komandanı Zalujnı Londana səfir göndərildi. Təsir və büdcə ayırmalarına çıxışın itirilməsi ilə yanaşı, açıq-aşkar aşağı səviyyəli vəzifəyə. İndiki konsepsiya fərqlidir. Döyüşü sırf kənardan görən strateqlərin fikrincə, bu dəfə "avropalı hərbçilər" Ukraynaya "Avropa dəyərləri və demokratiyanı" müdafiə etmək üçün göndəriləcək. Sürətlə tükənən Ukrayna ordusu əsgərlərinin əvəzinə. Ukrayna çöllərində avropalıların evlərində müdafiə edə bilmədikləri dəyərləri necə qoruya biləcəyi (və qoruyacaqları) qəti şəkildə anlaşılmazdır. İslam adı ilə terror törədənlərdən əziyyət çəkən Avropa ölkələrində küçələrə çıxarılan ordu xalqı müdafiə edərək təcavüzkarlara qarşı mübarizə aparmağa qəti şəkildə hazır deyil. Bu yöndəmsiz halı müəyyən mənada atlamaq da olardı. Amma bizə qalib gəlmək istəyən qərblilərin konkret və birmənalı şəkildə silah götürmələri və həyatlarını Ukrayna uğrunda ukraynalıların əvəzinə qurban verməyə başlamaları ideyasından yan keçmək mümkün deyil. 2001-ci ilin sentyabrında Nyu-Yorkda törədilən hücumlarda bir neçə min amerikalının həlak olması fonunda terrorçuları məhv etmək üçün Əfqanıstanda "islamçılıqla mübarizə" savaşı mümkün idi. Qərbin İraqda qurduğu "demokratik dəyərlərin təntənəsi uğrunda tiranlığa qarşı müharibə" də Avropa cəmiyyətinə nisbətən asanlıqla yedizdirildi. Amma hər iki halda qarşıda duran tərəf nə dünyanın ən güclü ordusuna, nə də ən qabaqcıl silah sistemlərinə malik idi. Bu gün Rusiya ilə açıq müharibəni təşviq edən ideyanı ictimai rəyə və potensial orduya cəlb olunanlara satmaq mümkün olmayacaq. Hamı çox qorxur, o cəmiyyətlər çox qorxaq, acgöz və ərköyündür. Axı, bizə qarşı yeni bir Avropa hərbi kampaniyası naminə, onlar pensiya, yemək və digər nisbi bolluqdan əl çəkməli olacaqlar. Təbii olaraq, bütün bunlar dərhal yoxa çıxacaq. Artıq Ukraynaya təqribən 130 milyard avro xərcləmiş ümumavropa blokunda çoxları milyardlardan, və ələxsus həyatlarından imtina etmək istəmir. Hər hansı bir sərtləşməyə və arzularının məhdudlaşdırılmasına qəti şəkildə hazır olmayan avropalıları Birləşmiş Ştatların istəyi ilə ukraynalıların əvəzinə döyüşmək üçün xüsusi əməliyyatımız zonasına sürükləmək mümkün deyil. Bəs nə olacaq? Amerika Avropanın iqtisadi cəhətdən tamamilə boğulmasına nail olacaq. Əzəldən Ukrayna layihəsi bizi məğlub etmək və eyni zamanda Avropa İttifaqını müflisləşdirmək üçün yaradılıb. Əgər birinci bənddə vaşinqtondakıların hesablamaları səhv idisə, ikinci məsələdə - və bunu etiraf etmək lazımdır - onlar öz məqsədlərinə nail ola biliblər. Və əgər biz xarici və daxili siyasətimizi dəyişməsəydik, hərbi və iqtisadi suverenliyin möhkəmləndirilməsinə başlamasaydıq, Vaşinqton qlobalistləri tərəfindən yeyiləcək növbəti qurban məhz biz olacaqdıq. Atlantik okeanının o tayından "Amerikanın yeni sülh təşəbbüsləri" haqqında xəbərlərin gəldiyi bir vaxtda bunu xatırlatmaq məntiqli olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226140_0:0:1887:1415_1920x0_80_0_0_427f9e86aaeded4e0f30257dddeafa88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
nato, rusiya, nyu-york, vaşinqton, ukrayna, london, amerika
nato, rusiya, nyu-york, vaşinqton, ukrayna, london, amerika
NATO Rusiya ilə müharibə konsepsiyasını dəyişib
Okeanın o tayından yeni sülh təşəbbüsləri haqqında xəbərlər gəldiyi zaman Qərbin strateji məqsədləri barədə bəzi məqamlara yenidən nəzər salmaq yerinə düşər.
Bu günlərdə qitədəki geosiyasi böhranı həll etmək üçün "sülh təşəbbüsləri" haqqında çox danışan NATO və Aİ, eyni zamanda Rusiyaya hücum etməyə hazırlaşırlar. Bizə düşmən olan təşkilatların qərargahları Brüsseldə yerləşir və göz qabağında olan odur ki, orada bizi yer üzündən silmək haqqında planlar hələ də gündəmdir. Qərb xristianlarının Milad bayramını qeyd etdiyi həftədə bizimlə yeni "kiçik qalibiyyətli müharibə" planları yenə gündəmdədir və bu ideya mediyaya sızdırılan yeni detallarla şaxələnib. Təbii ki, ictimai rəydə bu planlar "dünyanın rifahı naminə hərəkətlər" zərfinə bükülüb.
Yeri gəlmişkən, bu fürsətdən istifadə edərək qərb kəşfiyyatına təşəkkürümüzü çatdırmalıyıq.
Onların Rusiyanın hərbi, iqtisadi və sosial potensialı haqqında verdikləri qiymətləndirmələr o dərəcədə səhvdir ki, onlara elə bu tərzdə işləmələrini arzulamaq lap yerinə düşər.
Yuxarıda adı çəkilənlərin hamısı bütün Qərb dünyasını aldatmaqdan əl çəkməyib, öz səhv fikirlərini israrla yürütməyə çalışırlar. Belə isə, bizim də bu fikir mübadiləsinə qoşulmağımızın vaxtı gəlib çatıbdır.
Amerikalılar avropalıları bayırlıq paltar geyinib Ukrayna uğrunda döyüşə getməyə təşviq edir. "Sülh və təhlükəsizliyi təmin etmək üçün". Dərin dövlət nəşri olan "Foreign Policy"nin yazdığına görə, Rusiya məhz bu "tərəqqi və demokratiya" dəyərlərinə diş qıcıdır.
Makronun bu ilin fevralında etdiyi saxta bəyanata görə, "Avropa hərbi kontingenti" "Hərbi Təmas Meydanındakı vəziyyəti köklü surətdə dəyişməli idi". Həmin vaxt bildirilirdi ki, USQ nə az – nə çox, Qara dənizi nəzarətə götürmək üçün əks-hücuma hazırlaşır. Əminliklə demək olar ki, Avropa qoşunları bu əməliyyatlarda "qoç başı" kimi istifadə edilməli idi. Biz bu sxemi əzbərdən bilirik: Rusiyaya qarşı növbəti blitskriqdə sürətli qələbə xülyasına qapılaraq, donuz cərgəsi ilə üstümüzə gəlmək istəyirdilər.
Planlar gerçəkləşmədi və əks hücum daha bir uğursuzluqla başa çatdı. Elə bir uğursuzluq ki, onun əks-sədası nəticəsində USQ-nin komandanı Zalujnı Londana səfir göndərildi. Təsir və büdcə ayırmalarına çıxışın itirilməsi ilə yanaşı, açıq-aşkar aşağı səviyyəli vəzifəyə.
İndiki konsepsiya fərqlidir. Döyüşü sırf kənardan görən strateqlərin fikrincə, bu dəfə "avropalı hərbçilər" Ukraynaya "Avropa dəyərləri və demokratiyanı" müdafiə etmək üçün göndəriləcək. Sürətlə tükənən Ukrayna ordusu əsgərlərinin əvəzinə.
Ukrayna çöllərində avropalıların evlərində müdafiə edə bilmədikləri dəyərləri necə qoruya biləcəyi (və qoruyacaqları) qəti şəkildə anlaşılmazdır. İslam adı ilə terror törədənlərdən əziyyət çəkən Avropa ölkələrində küçələrə çıxarılan ordu xalqı müdafiə edərək təcavüzkarlara qarşı mübarizə aparmağa qəti şəkildə hazır deyil.
Bu yöndəmsiz halı müəyyən mənada atlamaq da olardı. Amma bizə qalib gəlmək istəyən qərblilərin konkret və birmənalı şəkildə silah götürmələri və həyatlarını Ukrayna uğrunda ukraynalıların əvəzinə qurban verməyə başlamaları ideyasından yan keçmək mümkün deyil.
2001-ci ilin sentyabrında Nyu-Yorkda törədilən hücumlarda bir neçə min amerikalının həlak olması fonunda terrorçuları məhv etmək üçün Əfqanıstanda "islamçılıqla mübarizə" savaşı mümkün idi. Qərbin İraqda qurduğu "demokratik dəyərlərin təntənəsi uğrunda tiranlığa qarşı müharibə" də Avropa cəmiyyətinə nisbətən asanlıqla yedizdirildi. Amma hər iki halda qarşıda duran tərəf nə dünyanın ən güclü ordusuna, nə də ən qabaqcıl silah sistemlərinə malik idi.
Bu gün Rusiya ilə açıq müharibəni təşviq edən ideyanı ictimai rəyə və potensial orduya cəlb olunanlara satmaq mümkün olmayacaq. Hamı çox qorxur, o cəmiyyətlər çox qorxaq, acgöz və ərköyündür. Axı, bizə qarşı yeni bir Avropa hərbi kampaniyası naminə, onlar pensiya, yemək və digər nisbi bolluqdan əl çəkməli olacaqlar. Təbii olaraq, bütün bunlar dərhal yoxa çıxacaq.
Artıq Ukraynaya təqribən 130 milyard avro xərcləmiş ümumavropa blokunda çoxları milyardlardan, və ələxsus həyatlarından imtina etmək istəmir. Hər hansı bir sərtləşməyə və arzularının məhdudlaşdırılmasına qəti şəkildə hazır olmayan avropalıları Birləşmiş Ştatların istəyi ilə ukraynalıların əvəzinə döyüşmək üçün xüsusi əməliyyatımız zonasına sürükləmək mümkün deyil.
Amerika Avropanın iqtisadi cəhətdən tamamilə boğulmasına nail olacaq. Əzəldən Ukrayna layihəsi bizi məğlub etmək və eyni zamanda Avropa İttifaqını müflisləşdirmək üçün yaradılıb. Əgər birinci bənddə vaşinqtondakıların hesablamaları səhv idisə, ikinci məsələdə - və bunu etiraf etmək lazımdır - onlar öz məqsədlərinə nail ola biliblər.
Və əgər biz xarici və daxili siyasətimizi dəyişməsəydik, hərbi və iqtisadi suverenliyin möhkəmləndirilməsinə başlamasaydıq, Vaşinqton qlobalistləri tərəfindən yeyiləcək növbəti qurban məhz biz olacaqdıq.
Atlantik okeanının o tayından "Amerikanın yeni sülh təşəbbüsləri" haqqında xəbərlərin gəldiyi bir vaxtda bunu xatırlatmaq məntiqli olar.