https://sputnik.az/20241226/nato-azerbaycan-teyyaresinin-qezaya-ugramasini-herterefli-arasdirmaga-cagirib-469673990.html
NATO Azərbaycan təyyarəsinin qəzaya uğramasını hərtərəfli araşdırmağa çağırıb
NATO Azərbaycan təyyarəsinin qəzaya uğramasını hərtərəfli araşdırmağa çağırıb
Sputnik Azərbaycan
NATO sözçüsü: Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T16:12+0400
2024-12-26T16:12+0400
2024-12-26T22:06+0400
nato
təyyarə qəzası
aktau
qazaxıstan
qroznı
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463575595_0:109:3254:1939_1920x0_80_0_0_81d3269b07448c95c6be730b1721c90b.jpg
BAKI, 26 dekabr - Sputnik. NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı veribBu barədə o, “X” platformasındakı paylaşımda bildirib.“Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq” - paylaşımda qeyd edilib.Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.Qəzanın səbəbləri araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463575595_262:0:2993:2048_1920x0_80_0_0_d71593de3d60c034514bf9df05711048.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, təyyarə qəzası, aktau, qazaxıstan, qroznı
nato, təyyarə qəzası, aktau, qazaxıstan, qroznı
NATO Azərbaycan təyyarəsinin qəzaya uğramasını hərtərəfli araşdırmağa çağırıb
16:12 26.12.2024 (Yenilənib: 22:06 26.12.2024) NATO sözçüsü: Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir.
BAKI, 26 dekabr - Sputnik. NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Bu barədə o, “X” platformasındakı paylaşımda bildirib.
“Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq” - paylaşımda qeyd edilib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.