https://sputnik.az/20241226/mahir-carayev-sagdir-ailesi-teyyare-qezasinda-olen-oglunun-sag-qaldigini-oyrenib-469678605.html
Mahir Carayev sağdır: Ailəsi təyyarə qəzasında "ölən" oğlunun sağ qaldığını öyrənib
Mahir Carayev sağdır: Ailəsi təyyarə qəzasında "ölən" oğlunun sağ qaldığını öyrənib
Sputnik Azərbaycan
Oğlunun uçduğu təyyarənin qəzaya uğradığını dünən axşam öyrənən ata, onun sağ qaldığını bu gün öyrənib. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T20:06+0400
2024-12-26T20:06+0400
2024-12-26T22:03+0400
zaqatala
"embraer 190" təyyarəsi
“embraer” şirkəti
qazaxıstan
azal
aktau
çeçenistan
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_0:161:3069:1887_1920x0_80_0_0_d6e562901a71eeabd94fe8b471c44f19.jpg
BAKI, 26 dekabr - Sputnik. Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan, hadisə zamanı xəsarət alan Mahir Carayev bu gün axşam saatlarında xüsusi reyslə Azərbaycana gətiriləcək.Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev "Report"un yerli bürosuna bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:Carayevlər ailəsinin yaxın qohumu Asiyət Laçınova bildirib ki, dekabrın 15-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb:Qeyd edək ki, təyyarə qəzasında sağ qalanlardan 7 nəfər bu gün axşam saatlarında Bakıya gətirilib. Mahir Carayev də onların içindədir. Onun xərəkdə olan görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə səssiz dayanan Mahirin gözündən yaş axdığı görünür. Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
https://sputnik.az/20241226/teyyare-qezasinda-olen-yeniyetme-futbolcu-imis-469678326.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_169:0:2900:2048_1920x0_80_0_0_e23aa68ee995589603229314705d9704.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zaqatala, "embraer 190" təyyarəsi, “embraer” şirkəti, qazaxıstan, azal, aktau, çeçenistan
zaqatala, "embraer 190" təyyarəsi, “embraer” şirkəti, qazaxıstan, azal, aktau, çeçenistan
Mahir Carayev sağdır: Ailəsi təyyarə qəzasında "ölən" oğlunun sağ qaldığını öyrənib
20:06 26.12.2024 (Yenilənib: 22:03 26.12.2024) Oğlunun uçduğu təyyarənin qəzaya uğradığını dünən axşam öyrənən ata, onun sağ qaldığını bu gün öyrənib.
BAKI, 26 dekabr - Sputnik. Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan, hadisə zamanı xəsarət alan Mahir Carayev bu gün axşam saatlarında xüsusi reyslə Azərbaycana gətiriləcək.
Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev "Report"un yerli bürosuna bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:
“Oğlum tez-tez Danaçı kəndinə gələrək bizə baş çəkərdi. Hadisə növbəti dəfə geri qayıdarkən baş verib. Mənə axşama kimi heç bir xəbər verməyiblər, gizlədiblər məndən. Axşam oğlumun uçduğu təyyarənin qəzaya uğradığını öyrəndim. Onun sağ qaldığını bu gün bildik. O, hazırda reanimasiyadadır".
Carayevlər ailəsinin yaxın qohumu Asiyət Laçınova bildirib ki, dekabrın 15-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb:
"Çox həyəcan keçirdik, qorxduq, amma Mahirin sağ qalma xəbərini alıb sevindik. Kaş ki hamıya bizim kimi o şad xəbərdən veriləydi. Allah qəzada həlak olanlara ölənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirəm".
Qeyd edək ki, təyyarə qəzasında sağ qalanlardan 7 nəfər bu gün axşam saatlarında Bakıya gətirilib. Mahir Carayev də onların içindədir. Onun xərəkdə olan görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə səssiz dayanan Mahirin gözündən yaş axdığı görünür.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.