https://sputnik.az/20241226/lukasenko-minske-getmeyi-behane-eden-pasinyana-hirslendi-469677335.html
Lukaşenko Minskə getməyi bəhanə edən Paşinyana hirsləndi
Lukaşenko Minskə getməyi bəhanə edən Paşinyana hirsləndi
Sputnik Azərbaycan
Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T18:15+0400
2024-12-26T18:15+0400
2024-12-26T18:18+0400
dünya xəbərləri
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
nikol paşinyan
aii
avrasiya iqtisadi ittifaqı
minsk
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:88:807:542_1920x0_80_0_0_1d4d1ee733e31e1a024c070a7665254a.jpg
BAKI, 26 dekabr - Sputnik. Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.Bu gün, dekabrın 26-da Sankt-Peterburq yaxınlığında Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sammiti keçirilir. Görüşün yekununda 20-dən çox mühüm sənədin imzalanması planlaşdırılır.Zirvə görüşündə Aİİ dövlət başçıları digər məsələlərlə yanaşı, qaz, neft və neft məhsulları üçün ümumi bazarın formalaşmasını müzakirə etməyi planlaşdırırlar.Tədbirin yekunu olaraq 20-dən çox mühüm sənədin imzalanması planlaşdırılır. Onların arasında İrana Aİİ-də müşahidəçi dövlət statusunun verilməsi ilə bağlı qərar da var.İclasa Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik etməli idi. Ancaq bir gün əvvəl ona koronavirus diaqnozu qoyulduğu məlum olub və Paşinyan Rusiyaya getməkdən imtina edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:13:807:618_1920x0_80_0_0_d97310a82f9c77ec7d97dcf04d01f288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, nikol paşinyan, aii, avrasiya iqtisadi ittifaqı, minsk, rusiya
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, nikol paşinyan, aii, avrasiya iqtisadi ittifaqı, minsk, rusiya
Lukaşenko Minskə getməyi bəhanə edən Paşinyana hirsləndi
18:15 26.12.2024 (Yenilənib: 18:18 26.12.2024) Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub.
BAKI, 26 dekabr - Sputnik. Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub:
“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.
Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.
Bu gün, dekabrın 26-da Sankt-Peterburq yaxınlığında Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sammiti keçirilir. Görüşün yekununda 20-dən çox mühüm sənədin imzalanması planlaşdırılır.
Zirvə görüşündə Aİİ dövlət başçıları digər məsələlərlə yanaşı, qaz, neft və neft məhsulları üçün ümumi bazarın formalaşmasını müzakirə etməyi planlaşdırırlar.
Tədbirin yekunu olaraq 20-dən çox mühüm sənədin imzalanması planlaşdırılır. Onların arasında İrana Aİİ-də müşahidəçi dövlət statusunun verilməsi ilə bağlı qərar da var.
İclasa Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik etməli idi. Ancaq bir gün əvvəl ona koronavirus diaqnozu qoyulduğu məlum olub və Paşinyan Rusiyaya getməkdən imtina edib.