https://sputnik.az/20241226/leninqrad-vilayetindeki-sammitde-a-olke-liderleri-hansi-meselelere-baxacaqlar--siyahi-469668190.html
Leninqrad vilayətindəki sammitdə Aİİ ölkə liderləri hansı məsələlərə baxacaqlar – siyahı
Leninqrad vilayətindəki sammitdə Aİİ ölkə liderləri hansı məsələlərə baxacaqlar – siyahı
Sputnik Azərbaycan
Sankt-Peterburq yaxınlığında yerləşən İqora kurort kompleksində Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası keçiriləcək. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T14:45+0400
2024-12-26T14:45+0400
2024-12-26T15:08+0400
leninqrad
dünya xəbərləri
aii
avrasiya iqtisadi ittifaqı
avrasiya iqtisadi birliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_0:17:2991:1699_1920x0_80_0_0_ba469c3e29d6003ec3c09348601dbde1.jpg
BAKI, 26 dekabr — Sputnik. Bu gün Sankt-Peterburq yaxınlığında yerləşən Leninqrad vilayətindəki İqora kurort kompleksində Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası keçiriləcək. Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti bildirib. Məlumata görə, Aİİ ölkələrinin rəhbərləri aşağıdakı məsələlərə baxacaqlar: Aİİ-nin 2025-ci il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətləri haqqında; Aİİ və üçüncü tərəfin (üçüncü tərəflərin) vahid gömrük tranziti sistemi haqqında sazişin imzalanması haqqında; araşdırmaların aparılması və xüsusi qoruyucu, antidempinq və kompensasiya tədbirlərinin tətbiqi və ya tətbiq edilməməsinə dair qərarların qəbul edilməsi üçün xüsusi mexanizm baxımından Aİİ haqqında Müqaviləyə dəyişikliklər edilməsi haqqında protokolun imzalanması haqqında; bir tərəfdən Aİİ və onun üzvləri, digər tərəfdən İran arasında azad ticarət sazişinin qüvvəyə minməsi haqqında; İrana ittifaqda müşahidəçi dövlət statusunun verilməsi haqqında; Aİİ-nin ümumi elektrik enerjisi bazarının formalaşdırılmasına yönəlmiş tədbirlər planına dəyişikliklər edilməsi haqqında; Birlik ölkələrinin maliyyə bazarında qanunvericiliyinin uyğunlaşdırılmasının gedişi haqqında; Aİİ-də vahid xidmətlər bazarının fəaliyyəti haqqında; Aİİ daxilində ayrı-ayrı xidmət sahələri üzrə liberallaşdırma planlarının həyata keçirilməsinə dair; 2024-cü ildə ittifaqın daxili bazarında maneələrin aradan qaldırılması, çıxarılma (tutulma) və məhdudiyyətlərin azaldılması ilə bağlı vəziyyət haqqında; Aİİ Məhkəməsinə müraciət edərkən sahibkarlıq subyektləri tərəfindən ödənilən rüsumun məbləğinin təsdiq edilməsi haqqında; ittifaq orqanlarında sədrlik haqqında; Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) növbəti iclasının vaxtı və yeri haqqında.
leninqrad
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_122:0:2851:2047_1920x0_80_0_0_67f9d978c617563cbf087bb60f6c50e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
leninqrad, aii, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi
leninqrad, aii, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi
Leninqrad vilayətindəki sammitdə Aİİ ölkə liderləri hansı məsələlərə baxacaqlar – siyahı
14:45 26.12.2024 (Yenilənib: 15:08 26.12.2024) Sankt-Peterburq yaxınlığında yerləşən İqora kurort kompleksində Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası keçiriləcək.
BAKI, 26 dekabr — Sputnik. Bu gün Sankt-Peterburq yaxınlığında yerləşən Leninqrad vilayətindəki İqora kurort kompleksində Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası keçiriləcək.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti bildirib.
Məlumata görə, Aİİ ölkələrinin rəhbərləri aşağıdakı məsələlərə baxacaqlar:
Aİİ-nin 2025-ci il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətləri haqqında;
Aİİ və üçüncü tərəfin (üçüncü tərəflərin) vahid gömrük tranziti sistemi haqqında sazişin imzalanması haqqında;
araşdırmaların aparılması və xüsusi qoruyucu, antidempinq və kompensasiya tədbirlərinin tətbiqi və ya tətbiq edilməməsinə dair qərarların qəbul edilməsi üçün xüsusi mexanizm baxımından Aİİ haqqında Müqaviləyə dəyişikliklər edilməsi haqqında protokolun imzalanması haqqında;
bir tərəfdən Aİİ və onun üzvləri, digər tərəfdən İran arasında azad ticarət sazişinin qüvvəyə minməsi haqqında;
İrana ittifaqda müşahidəçi dövlət statusunun verilməsi haqqında;
Aİİ-nin ümumi elektrik enerjisi bazarının formalaşdırılmasına yönəlmiş tədbirlər planına dəyişikliklər edilməsi haqqında;
Birlik ölkələrinin maliyyə bazarında qanunvericiliyinin uyğunlaşdırılmasının gedişi haqqında;
Aİİ-də vahid xidmətlər bazarının fəaliyyəti haqqında;
Aİİ daxilində ayrı-ayrı xidmət sahələri üzrə liberallaşdırma planlarının həyata keçirilməsinə dair;
2024-cü ildə ittifaqın daxili bazarında maneələrin aradan qaldırılması, çıxarılma (tutulma) və məhdudiyyətlərin azaldılması ilə bağlı vəziyyət haqqında;
Aİİ Məhkəməsinə müraciət edərkən sahibkarlıq subyektləri tərəfindən ödənilən rüsumun məbləğinin təsdiq edilməsi haqqında;
ittifaq orqanlarında sədrlik haqqında;
Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) növbəti iclasının vaxtı və yeri haqqında.