Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Dünya liderlərinin İlham Əliyevə zəngləri və başsağlığı teleqramları davam edir

© AP Photo / Dmitri LovetskyAktau faciəsində qurbanlarının siyahısı
Aktau faciəsində qurbanlarının siyahısı - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Abunə olmaq
Liderlər təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyiblər.
BAKI, 26 dekabr — Sputnik. Dünyanın bir çox ölkələrinin liderləri Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edərək AZAL təyyarəsinin qəzaya uğraması zamanı həlak olanlarla bağlı başsağlığı verirlər.
Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Küveyt əmiri ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
***
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.
Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.
Misir Prezidenti həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.
***
Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
***
Bu gün İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinə zəng edib.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xəbər lenti
0