https://sputnik.az/20241226/a-nin-musahideci-olkelerle-qarsiliqli-elaqesini-nece-yaxsilasdirmaq-olar-469650866.html
Aİİ-nin müşahidəçi ölkələrlə qarşılıqlı əlaqəsini necə yaxşılaşdırmaq olar
Aİİ-nin müşahidəçi ölkələrlə qarşılıqlı əlaqəsini necə yaxşılaşdırmaq olar
Sputnik Azərbaycan
Belə qarşılıqlı fəaliyyət İttifaqın beynəlxalq fəaliyyətinin prioritetlərindən biridir. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T16:45+0400
2024-12-26T16:45+0400
2024-12-26T16:45+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_0:0:3066:1725_1920x0_80_0_0_997f710072cda898577f8a1ddd1886cf.jpg
BAKI, 26 dekabr — Sputnik. Avrasiya İqtisadi Komissiyası (AİK) ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) müşahidəçi dövlətləri arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələləri Beynəlxalq Fəaliyyət üzrə Məşvərət Komitəsinin iclasında müzakirə edilib. Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb. "Komissiyanın Aİİ-nin müşahidəçi dövlətləri ilə qarşılıqlı fəaliyyəti İttifaqın beynəlxalq fəaliyyətinin strateji sənədlərdə təsbit olunmuş prioritetlərindən biridir" - AİK-nin inteqrasiya və makroiqtisadiyyat naziri Eldar Alişerov qeyd edib. Komitə Afrika istiqamətində inteqrasiya birlikləri və inkişaf institutları ilə Komissiyanın fəaliyyətinin canlandırılması ilə bağlı qeydləri müqayisə edib. İclas iştirakçıları, həmçinin İttifaqın inteqrasiya nailiyyətlərinin yerləşdirilməsi və təqdim edilməsinə yönəlmiş "Aİİ günləri" formatında beynəlxalq məkanlarda tədbirlərin təşkili məsələlərini də nəzərdən keçiriblər. Xatırladaq ki, Beynəlxalq Fəaliyyət üzrə Məsləhət Komitəsi AİK Kollegiyasının 22 mart 2022-ci il tarixli 46 nömrəli Qərarı ilə yaradılıb. Komitənin əsas vəzifələri İttifaqın beynəlxalq fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq, İttifaqın beynəlxalq aləmdə mövqelərini gücləndirmək üçün tədbirlər hazırlamaqdır, eləcə də Aİİ-nin beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin formalaşdırılması üçün tövsiyələr hazırlamaqdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_135:0:2866:2048_1920x0_80_0_0_bedb82906152128e973856ae08df321c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
aii, avrasiya iqtisadi ittifaqı
aii, avrasiya iqtisadi ittifaqı
Aİİ-nin müşahidəçi ölkələrlə qarşılıqlı əlaqəsini necə yaxşılaşdırmaq olar
Belə qarşılıqlı fəaliyyət İttifaqın beynəlxalq fəaliyyətinin prioritetlərindən biridir.
BAKI, 26 dekabr — Sputnik. Avrasiya İqtisadi Komissiyası (AİK) ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) müşahidəçi dövlətləri arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələləri Beynəlxalq Fəaliyyət üzrə Məşvərət Komitəsinin iclasında müzakirə edilib.
Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb.
"Komissiyanın Aİİ-nin müşahidəçi dövlətləri ilə qarşılıqlı fəaliyyəti İttifaqın beynəlxalq fəaliyyətinin strateji sənədlərdə təsbit olunmuş prioritetlərindən biridir" - AİK-nin inteqrasiya və makroiqtisadiyyat naziri Eldar Alişerov qeyd edib.
Komitə Afrika istiqamətində inteqrasiya birlikləri və inkişaf institutları ilə Komissiyanın fəaliyyətinin canlandırılması ilə bağlı qeydləri müqayisə edib.
İclas iştirakçıları, həmçinin İttifaqın inteqrasiya nailiyyətlərinin yerləşdirilməsi və təqdim edilməsinə yönəlmiş "Aİİ günləri" formatında beynəlxalq məkanlarda tədbirlərin təşkili məsələlərini də nəzərdən keçiriblər.
Xatırladaq ki, Beynəlxalq Fəaliyyət üzrə Məsləhət Komitəsi AİK Kollegiyasının 22 mart 2022-ci il tarixli 46 nömrəli Qərarı ilə yaradılıb. Komitənin əsas vəzifələri İttifaqın beynəlxalq fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq, İttifaqın beynəlxalq aləmdə mövqelərini gücləndirmək üçün tədbirlər hazırlamaqdır, eləcə də Aİİ-nin beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin formalaşdırılması üçün tövsiyələr hazırlamaqdır.