SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN: ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir

© Sputnik / Наталья СеливерстоваRusiya XİN-nin binası, arxiv
Rusiya XİN-nin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 25.12.2024
Abunə olmaq
Zaxarova qeyd edib ki, bu proses qərbin Minsk Qrupu formatının işini bloklaması ilə başlayıb.
BAKI, 25 dekabr - Sputnik. ATƏT-in Minsk Qrupu aktuallığını itirib.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib. “Onlar bunu təşəbbüskarcasına ediblər. Bundan başqa, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”.
Zaxarova qeyd edib ki, bu proses qərbin Minsk Qrupu formatının işini bloklaması ilə başlayıb: “Daha sonra isə reallıqda dəyişikliklər baş verib. Deməli, Minsk Qrupunun bütün strukturları: Minsk Qrupu, Yüksək səviyyəli plaşlaşdırma qrupu, ATƏT sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi postu ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarının qəbul edilməsi üçün optimal yol Bakı və İrəvanın qeyd olunan institutların ləğv edilməsi üçün birgə təkliflə çıxış etməsidir”.
Qarabağda Azərbaycan bayrağı dalğalanır.
Bunu isə Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin bir vaxtlar Rusiyanın bayrağının dalğalandığı Suriya və Qarabağda indi Türkiyə bayrağının dalğalanması ilə bağlı sualına cavabında bildirib.
“Xatırladığım, anladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Siz Azərbaycan bayrağının Qarabağda dalğalanması razısınız?! Mən Rusiyanın deyil, Ermənistan rəhbərliyinin bu məsələyə münasibətini səsləndirdim. Mən Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi tanıması qərarını səsləndirdim”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova sual verən erməni jurnalisti qeyri-səmimilikdə ittiham edib.
Xəbər lenti
0