https://sputnik.az/20241225/prezident-eliyev-azal-a-mexsus-teyyare-qezasinda-helak-olanlarla-bagli-bassagligi-verib-469635618.html
Prezident Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Prezident Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Sputnik Azərbaycan
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb. 25.12.2024, Sputnik Azərbaycan
2024-12-25T13:20+0400
2024-12-25T13:20+0400
2024-12-26T22:09+0400
azal
prezident ilham əliyev
birinci xanım mehriban əliyeva
mehriban əliyeva
ramzan kadırov
ramzan kadırov
çeçenistanın rəhbəri ramzan kadırov
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_0:161:3069:1887_1920x0_80_0_0_d6e562901a71eeabd94fe8b471c44f19.jpg
BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. Paylaşımda deyilir: "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm". **** Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!". *** Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verib. "Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişinlərin yaxınlarına başsağlığı verir, 12 nəfərin sağ qaldığı və onların vəziyyətinin çox ağır olduğu bildirilir. onlara tezliklə sağalmalarını arzu edirəm", – Kadırov Telegram kanalında yazıb. Sözügedən təyyarə bu gün səhər saatlarında qəzaya uğrayıb. Mətbuatın ilkin məlumatına görə, buna səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub. İlkin olaraq təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469636204_169:0:2900:2048_1920x0_80_0_0_e23aa68ee995589603229314705d9704.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azal, prezident ilham əliyev, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, ramzan kadırov, ramzan kadırov, çeçenistanın rəhbəri ramzan kadırov
azal, prezident ilham əliyev, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, ramzan kadırov, ramzan kadırov, çeçenistanın rəhbəri ramzan kadırov
Prezident Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
13:20 25.12.2024 (Yenilənib: 22:09 26.12.2024) Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb.
BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verib.
"Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişinlərin yaxınlarına başsağlığı verir, 12 nəfərin sağ qaldığı və onların vəziyyətinin çox ağır olduğu bildirilir. onlara tezliklə sağalmalarını arzu edirəm", – Kadırov Telegram kanalında yazıb.
Sözügedən təyyarə bu gün səhər saatlarında qəzaya uğrayıb. Mətbuatın ilkin məlumatına görə, buna səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub. İlkin olaraq təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin operativ qərargahının məlumatına görə, 25 nəfər sağ qalıb və xəstəxanaya çatdırılıb.