https://sputnik.az/20241224/saxta-diplomlarla-bagli-resmi-aciqlama-469607699.html
Saxta diplomlarla bağlı rəsmi açıqlama
Saxta diplomlarla bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta... 24.12.2024, Sputnik Azərbaycan
2024-12-24T22:02+0400
2024-12-24T22:02+0400
2024-12-24T22:02+0400
diplom
təhsil
təhsil
keyfiyyət
agentlik
azərbaycan
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0c/454777670_0:52:850:530_1920x0_80_0_0_6e52ce6cb2ddf9a8929a78ea35d476e7.jpg
BAKI, 24 dekabr — Sputnik. "Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq". Sputik Azərbaycan xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib. O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv etdik: Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib: "Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini Agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0c/454777670_79:0:786:530_1920x0_80_0_0_0e59eaa57e9e24fd2a93d178f52fc81d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
diplom, təhsil, keyfiyyət, agentlik, azərbaycan, elm və təhsil nazirliyi
diplom, təhsil, keyfiyyət, agentlik, azərbaycan, elm və təhsil nazirliyi
Saxta diplomlarla bağlı rəsmi açıqlama
Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarlanıb.
BAKI, 24 dekabr — Sputnik. "Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq".
Sputik Azərbaycan xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv etdik:
"Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddi şübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik".
Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib:
"Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini Agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.