https://sputnik.az/20241224/deleduzlar-alim-qasimovun-qizinin-400-manatini-aldilar-469623194.html
Dələduzlar Alim Qasımovun qızının 400 manatını aldılar
Dələduzlar Alim Qasımovun qızının 400 manatını aldılar
Sputnik Azərbaycan
Bu barədə xanəndə sosial media hesabında paylaşım edib. 24.12.2024, Sputnik Azərbaycan
2024-12-24T16:41+0400
2024-12-24T16:41+0400
2024-12-24T16:41+0400
alim qasımov
cəmiyyət
dələduz
manat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427391468_0:0:3072:1728_1920x0_80_0_0_949129a4378521ee6f2df4b8c417ff4f.jpg.webp
BAKI, 24 dekabr — Sputnik. Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova dələduzların qurbanı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında paylaşım edib. Bir müddət əvvəl DİN-dən bildirilib ki, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir. Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Telegram" sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd olunanları nəzərə alaraq bu hallarla bağlı vətəndaşlardan diqqətli olmaları, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirmələri, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməmələri tövsiyyə olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427391468_341:0:3072:2048_1920x0_80_0_0_71bdf22c130fa4ecab3576d9d3bfb269.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
alim qasımov, dələduz, manat, azərbaycan
alim qasımov, dələduz, manat, azərbaycan
Dələduzlar Alim Qasımovun qızının 400 manatını aldılar
Bu barədə xanəndə sosial media hesabında paylaşım edib.
BAKI, 24 dekabr — Sputnik. Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova dələduzların qurbanı olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında paylaşım edib.
"Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!. Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır".
Bir müddət əvvəl DİN-dən bildirilib ki, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir. Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Telegram" sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd olunanları nəzərə alaraq bu hallarla bağlı vətəndaşlardan diqqətli olmaları, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirmələri, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməmələri tövsiyyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.