Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

© Sputnik / Natalya Gorshkova / Mediabanka keçidtoyuq
toyuq - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Tranzitlə keçib respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
BAKI, 24 dekabr — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Bolqarıstanın Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, ABŞ-nin Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına məhdudiyyət qoyulub.

Həmçinin Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi və Yuta ştatlarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, quş yemləri və quş üçün yem əlavələrinin idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0