CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə tiktokerləri həbs etmək lazımdır - Deputat

© iStock.com / Rafa Jodarqandal
qandal - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Razi Nurullayev deyib ki, qanunları müəyyən qədər sərtləşdirmək lazımdır ki, onr bu hərəkətləri təkrar etdikdə qanunun sərt üzünü görsünlər.
BAKI, 24 dekabr — Sputnik. "TikTok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir. Belə tiktokerlər bu hərəkəti təkrar etdikdə onlar üç-dörd aya qədər azadlığın məhdudlaşdırılması ilə cəzalandırılmalıdırlar".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında deputat Razi Nurullayev bildirib.

"Sosial şəbəkələrdə pul qazanmaq, populyarlıq naminə əxlaqsız hərəkət edən şəxslərə qarşı görülən tədbirlər dəstəkləyirəm. Qanunları müəyyən qədər sərtləşdirmək lazımdır ki, onr bu hərəkətləri təkrar etdikdə qanunun sərt üzünü görsünlər. Belə şəxslər əməllərinə davam etdikdə 30 gün, hətta üç-dörd ay həbsdə saxlanılmalıdırlar ki, bu onlara dərs olsun. Qanunları sərtləşdirməklə yanaşı onlara qarşı ictimai qınaq olmaldır", - millət vəkili bildirib.

© Photo : STRRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Razi Nurullayev
Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan "emin_resad" "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0