https://sputnik.az/20241224/azerbaycan-ab-olkelerinden-ne-qeder-bugda-alib-dxal-qiymeti-ucuzlasib-469591039.html
Azərbaycan AİB ölkələrindən nə qədər buğda alıb? İdxal qiyməti ucuzlaşıb
Azərbaycan AİB ölkələrindən nə qədər buğda alıb? İdxal qiyməti ucuzlaşıb
Sputnik Azərbaycan
Bu il ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 366 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% azdır. 24.12.2024, Sputnik Azərbaycan
2024-12-24T09:36+0400
2024-12-24T09:36+0400
2024-12-24T09:36+0400
azərbaycan
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
avrasiya iqtisadi birliyi
buğda
buğda
idxal
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458545816_9:0:3650:2048_1920x0_80_0_0_f3891732ae59dc6f3c721fd68fb65f81.jpg
BAKI, 24 dekabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 203,4 milyon dollar dəyərində 945 min ton un və çörək istehsalı üçün yumşaq buğda idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 17,1%, miqdar baxımından isə 0,01% və ya 150 ton azdır. Hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 366 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% azdır. Başqa sözlə, idxal buğdanın qiyməti ucuzlaşıb. Ən çox Rusiyadan buğda alırıq Hesabat dövründə Azərbaycanın yumşaq buğda idxalının 99,9%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycan Rusiyadan 942 min ton, Qazaxıstandan 3 min tondan çox buğda alıb. Yumşaq buğda növləri adətən un və çörək istehsalı üçün becərilir. Nazir: "Buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni imkanlar yaranıb" Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya bildirib ki, Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58%-ə yüksəlib: "Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və imkanlar yaradıb". Nazir bildirib ki, ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq: "Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə bu mexanizmlər üzrə dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib". "Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir", - nazir bildirib. Nazir qeyd edib ki, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək olub, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azalıb. Bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirib. "Eyni zamanda, biz yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60%-ə çatdırılması çox məqbul olardı", - nazir əlavə edib. "Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur" Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov da bildirib ki, Azərbaycanın buğda idxalının 80%-dən çoxu Rusiyanın payına düşür: "2023-cü ildə Azərbaycan 1175000 ton buğda idxal edib. Bunun 1022000 tonu Rusiyadan, 153000 tonu Qazaxıstandan alınıb. Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir. Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə taxıl, o cümlədən buğda istehsalı artır". Buğda istehsalına görə subsidiya verilir Qeyd edək ki, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir. 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Bu il ərzində xaricdən gətirilən buğda ununun idxal qiymətində ucuzlaşma qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458545816_464:0:3195:2048_1920x0_80_0_0_321c4f8537a5b895fa63edd995794f59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi, buğda, buğda, idxal
azərbaycan, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi, buğda, buğda, idxal
Azərbaycan AİB ölkələrindən nə qədər buğda alıb? İdxal qiyməti ucuzlaşıb
Bu il ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 366 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% azdır.
BAKI, 24 dekabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 203,4 milyon dollar dəyərində 945 min ton un və çörək istehsalı üçün yumşaq buğda idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 17,1%, miqdar baxımından isə 0,01% və ya 150 ton azdır. Hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 366 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% azdır. Başqa sözlə, idxal buğdanın qiyməti ucuzlaşıb.
Ən çox Rusiyadan buğda alırıq
Hesabat dövründə Azərbaycanın yumşaq buğda idxalının 99,9%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycan Rusiyadan 942 min ton, Qazaxıstandan 3 min tondan çox buğda alıb. Yumşaq buğda növləri adətən un və çörək istehsalı üçün becərilir.
Nazir: "Buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni imkanlar yaranıb"
Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya bildirib ki, Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58%-ə yüksəlib: "Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və imkanlar yaradıb".
Nazir bildirib ki, ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq: "Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə bu mexanizmlər üzrə dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib".
"Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir", - nazir bildirib.
Nazir qeyd edib ki, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək olub, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azalıb. Bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirib.
"Eyni zamanda, biz yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60%-ə çatdırılması çox məqbul olardı", - nazir əlavə edib.
"Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov da bildirib ki, Azərbaycanın buğda idxalının 80%-dən çoxu Rusiyanın payına düşür: "2023-cü ildə Azərbaycan 1175000 ton buğda idxal edib. Bunun 1022000 tonu Rusiyadan, 153000 tonu Qazaxıstandan alınıb. Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir. Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə taxıl, o cümlədən buğda istehsalı artır".
Buğda istehsalına görə subsidiya verilir
Qeyd edək ki, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir. 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Bu il ərzində xaricdən gətirilən buğda ununun idxal qiymətində ucuzlaşma qeydə alınıb.