https://sputnik.az/20241224/a-de-ticaret-senaye-ve-tikinti-udm-nin-guclu-artimi-469623788.html
Aİİ-də ticarət, sənaye və tikinti: ÜDM-nin güclü artımı
Aİİ-də ticarət, sənaye və tikinti: ÜDM-nin güclü artımı
Sputnik Azərbaycan
İqtisadi artımın yüksək templəri Belarus və Qazaxıstanda kənd təsərrüfatı, Qırğızıstan və Rusiyada isə maliyyə və sığorta fəaliyyəti ilə dəstəklənib. 24.12.2024, Sputnik Azərbaycan
2024-12-24T18:05+0400
2024-12-24T18:05+0400
2024-12-24T18:05+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
belarus
qazaxıstan
üdm
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463951199_0:160:3071:1887_1920x0_80_0_0_35e7d72372f685097a5f58ba136ae32f.jpg
BAKI, 24 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin məkanında ümumi daxili məhsul (UDM) artır - 2024-cü ilin doqquz ayı ərzində ÜDM-in artım tempi 4,2% təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib. Qeyd olunan dövrdə İttifaqın bütün ölkələrində iqtisadi artımın əsas amilləri topdansatış və pərakəndə ticarət, emal sənayesi və tikinti sahələri olub. İqtisadi artımın yüksək templəri Belarus və Qazaxıstanda kənd təsərrüfatı, Qırğızıstan və Rusiyada isə maliyyə və sığorta fəaliyyəti ilə dəstəklənib. Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463951199_171:0:2900:2047_1920x0_80_0_0_6ef96e596c47a3c00766bee4ac8919bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, avrasiya iqtisadi ittifaqı, belarus, qazaxıstan, üdm
aii, avrasiya iqtisadi ittifaqı, belarus, qazaxıstan, üdm
Aİİ-də ticarət, sənaye və tikinti: ÜDM-nin güclü artımı
İqtisadi artımın yüksək templəri Belarus və Qazaxıstanda kənd təsərrüfatı, Qırğızıstan və Rusiyada isə maliyyə və sığorta fəaliyyəti ilə dəstəklənib.
BAKI, 24 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin məkanında ümumi daxili məhsul (UDM) artır - 2024-cü ilin doqquz ayı ərzində ÜDM-in artım tempi 4,2% təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib.
"2024-cü ilin 9 ayının yekunlarına əsasən, Avrasiya İqtisadi İttifaqının bütün ölkələrində ümumi daxili məhsulun artımında müsbət dinamika müşahidə olunmağa davam edir (Ermənistanda 6%, Belarusda 4,5%, Qazaxıstanda 4,1%, Qırğızıstanda 8,4%, Rusiya 4,2%), bu dövrdə Aİİ-nin ÜDM artım tempi isə 4,2% çoxalıb", - məlumatda deyilir.
Qeyd olunan dövrdə İttifaqın bütün ölkələrində iqtisadi artımın əsas amilləri topdansatış və pərakəndə ticarət, emal sənayesi və tikinti sahələri olub.
İqtisadi artımın yüksək templəri Belarus və Qazaxıstanda kənd təsərrüfatı, Qırğızıstan və Rusiyada isə maliyyə və sığorta fəaliyyəti ilə dəstəklənib.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.