https://sputnik.az/20241223/abs-suriyadaki-pkk-terrorcularina-herbi-texnika-ve-techizat-gonderir--star-469582367.html
ABŞ Suriyadakı PKK terrorçularına hərbi texnika və təchizat göndərir – "Star"
ABŞ Suriyadakı PKK terrorçularına hərbi texnika və təchizat göndərir – "Star"
Sputnik Azərbaycan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı bütün terror təşkilatlarının zərərsizləşdirilməsinin "vaxtının yetişdiyini" bildirib. 23.12.2024, Sputnik Azərbaycan
2024-12-23T19:36+0400
2024-12-23T19:36+0400
2024-12-23T19:36+0400
pkk
dünya xəbərləri
silah
abş
abş
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/13/425240119_0:161:3071:1888_1920x0_80_0_0_017679554be84ed7d5c840ada7d9a32c.jpg
BAKI, 23 dekabr — Sputnik. ABŞ Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları üçün Suriyaya hərbi texnika və təchizat göndərib. Bu barədə Türkiyənin "Star" qəzeti yazıb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı bütün terror təşkilatlarının zərərsizləşdirilməsinin "vaxtının yetişdiyini" bildirib. "Türkiyənin qondarma müttəfiqi ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi texnika və materiallar göndərib", - nəşr yazır. Qəzet ABŞ-ın iki hərbi yük təyyarəsinin Hasakəyə eniş etdiyini açıqlayıb. "Star" yazır ki, yük təyyarələri ilə gələn hərbi texnika və təchizat 60 zirehli maşın və yük maşınından ibarət karvanda Deyr əz-Zor bölgəsində gizlənmiş terrorçulara çatdırılıb. Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifətin rəhbərliyi ilə əlaqə qurub. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib. Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin lider nümayəndələri ilə əlaqə saxlayır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/13/425240119_171:0:2902:2048_1920x0_80_0_0_f209d23d98a7d8a3e126c2626b51adba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pkk, silah, abş, abş
ABŞ Suriyadakı PKK terrorçularına hərbi texnika və təchizat göndərir – "Star"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı bütün terror təşkilatlarının zərərsizləşdirilməsinin "vaxtının yetişdiyini" bildirib.
BAKI, 23 dekabr — Sputnik. ABŞ Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları üçün Suriyaya hərbi texnika və təchizat göndərib. Bu barədə Türkiyənin "Star" qəzeti yazıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı bütün terror təşkilatlarının zərərsizləşdirilməsinin "vaxtının yetişdiyini" bildirib.
"Türkiyənin qondarma müttəfiqi ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi texnika və materiallar göndərib", - nəşr yazır.
Qəzet ABŞ-ın iki hərbi yük təyyarəsinin Hasakəyə eniş etdiyini açıqlayıb.
"Star" yazır ki, yük təyyarələri ilə gələn hərbi texnika və təchizat 60 zirehli maşın və yük maşınından ibarət karvanda Deyr əz-Zor bölgəsində gizlənmiş terrorçulara çatdırılıb.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifətin rəhbərliyi ilə əlaqə qurub. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib. Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin lider nümayəndələri ilə əlaqə saxlayır.