DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ölənlər var - VİDEO

© Getty Images / Osman Atilla AltintasAmbulans helikopteri
Ambulans helikopteri - Sputnik Azərbaycan, 1920, 22.12.2024
Abunə olmaq
Həlak olanlardan ikisi pilot, biri həkim, biri isə tibb müəssisəsinin işçisi olub.
BAKI, 22 dekabr - Sputnik. Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyindədir. Həlak olanlardan ikisi pilot, biri həkim, biri isə tibb müəssisəsinin işçisi olub. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb. Hadisə Muğla şəhərində qeydə alınıb.
Helikopter binaya çırpıldıqdan sonra yerə düşüb. Dərhal hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
Xəbər lenti
0