https://sputnik.az/20241222/gurcustanin-bas-naziri-olke-prezidentini-hedeledi-469575617.html
Gürcüstanın Baş naziri ölkə prezidentini hədələdi
Gürcüstanın Baş naziri ölkə prezidentini hədələdi
Sputnik Azərbaycan
O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib. 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T19:15+0400
2024-12-22T19:15+0400
2024-12-22T22:39+0400
dünya xəbərləri
salome zurabişvili
irakli kobaxidze
gürcüstan
müxalifət
dəmir barmaqlıqlar
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463304851_0:166:3050:1882_1920x0_80_0_0_dcdeade722d2e0dfb11a5c0d4f6bdc35.jpg
BAKI, 22 dekabr - Sputnik. “Zurabişvili dekabrın 29-da öz postunu tərk etməli olacaq, görək həyatını harada - dəmir barmaqlıqlar arxasında, yoxsa dəmir barmaqlıqlardan kənarda davam etdirəcək”.Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında deyib.O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib:Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib, ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur:"Parlament hökumətin tərkibinə etimad göstərib, ona görə də təkrar seçkilər üçün heç bir səbəb yoxdur. Prezidentin müvafiq bəyanatı tamamilə gülünc olardı, lakin bu eyni zamanda həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində belə bir əmələ görə, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan müvafiq qeydlər var".Qeyd edə ki, bu gün saat 21:00-da Prezident Salome Zurabişvilinin ictimaiyyətə müraciəti planlaşdırılıb (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463304851_160:0:2891:2048_1920x0_80_0_0_53a3bfb70c7c945fbec6f6531badd06a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
salome zurabişvili, irakli kobaxidze, gürcüstan, müxalifət, dəmir barmaqlıqlar
salome zurabişvili, irakli kobaxidze, gürcüstan, müxalifət, dəmir barmaqlıqlar
Gürcüstanın Baş naziri ölkə prezidentini hədələdi
19:15 22.12.2024 (Yenilənib: 22:39 22.12.2024) O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib.
BAKI, 22 dekabr - Sputnik. “Zurabişvili dekabrın 29-da öz postunu tərk etməli olacaq, görək həyatını harada - dəmir barmaqlıqlar arxasında, yoxsa dəmir barmaqlıqlardan kənarda davam etdirəcək”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında deyib.
O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib:
“Düzdür, bəzi avropalı siyasətçilər və rəsmilər iddia edir ki, dekabrın 29-na qədər hələ çox şeylər ola bilər, amma sizi əmin edirəm ki, dekabrın 29-adək çox şey olmayacaq, Gürcüstanda radikal müxalifət qalib gəlməyəcək. Müvafiq olaraq, radikal müxalifət, o cümlədən Salome Zurabişvili tərəfindən heç bir ciddi plan təqdim olunmayacaq. Dekabrın 29-da o vəzifəsindən getməli olacaq, görək həyatına harada davam edəcək - dəmir barmaqlıqlar arxasında, yoxsa barmaqlıqlardan kənarda”.
Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib, ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur:
"Parlament hökumətin tərkibinə etimad göstərib, ona görə də təkrar seçkilər üçün heç bir səbəb yoxdur. Prezidentin müvafiq bəyanatı tamamilə gülünc olardı, lakin bu eyni zamanda həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində belə bir əmələ görə, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan müvafiq qeydlər var".
Qeyd edə ki, bu gün saat 21:00-da Prezident Salome Zurabişvilinin ictimaiyyətə müraciəti planlaşdırılıb (APA).