https://sputnik.az/20241222/azerbaycana-en-cox-turist-rusiyadan-gelir---statistika-469495273.html
Azərbaycana ən çox turist Rusiyadan gəlir - Statistika
Azərbaycana ən çox turist Rusiyadan gəlir - Statistika
Sputnik Azərbaycan
Azərbaycan vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib. 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T10:01+0400
2024-12-22T10:01+0400
2024-12-22T10:01+0400
turist
iqtisadiyyat
dövlət turizm agentliyi
dövlət statistika komitəsi
rusiya
faiz
artım
https://cdnn1.img.sputnik.az/img/41365/72/413657219_0:0:3520:1979_1920x0_80_0_0_8a2743d652311777bc5213f0c0a10bda.jpg
BAKI, 22 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2,4 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, gələnlərin: Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45,0 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37,0 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 392 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 906 min nəfər olub. Rusiyaya gedənlərin sayı 13,4 faiz artıb 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1,9 milyon nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13,0 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib. "Turistlər tarixi abidələrlə daha yaxından maraqlanır" Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər. Əlavə edək ki, bu ilin avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. İclasda bildirilib ki, Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayında lider mövqe tutur. Ötən il ölkəmizə 630 mindən çox rusiyalı turist səfər edib ki, bu da ondan əvvəlki dövrü ilə müqayisədə 20% çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240901/baki-hindistanli-turistlerin-ustunluk-verdikleri-3-istiqametden-biridir-467020923.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41365/72/413657219_63:0:3195:2349_1920x0_80_0_0_4b96e4931d87985cf3e27334f611cf30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
turist, dövlət turizm agentliyi, dövlət statistika komitəsi, rusiya, faiz, artım
turist, dövlət turizm agentliyi, dövlət statistika komitəsi, rusiya, faiz, artım
Azərbaycana ən çox turist Rusiyadan gəlir - Statistika
Azərbaycan vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib.
BAKI, 22 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2,4 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, gələnlərin:
3,9 faizi Səudiyyə Ərəbistanı,
1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri,
hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt,
hər birindən 1,0 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya,
11,5 faizi digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45,0 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37,0 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artıb.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 392 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 906 min nəfər olub.
Rusiyaya gedənlərin sayı 13,4 faiz artıb
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1,9 milyon nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13,0 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
"Turistlər tarixi abidələrlə daha yaxından maraqlanır"
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər.
"Müşahidələr göstərir ki, turistlər tarixi abidələrlə daha yaxından maraqlanırlar. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, ölkəmizin tarixini, mədəniyyətini təbliğ edilir. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə edilməsi də daha çox turist axınına səbəb ola bilər", - məlumatda qeyd edilib.
Əlavə edək ki, bu ilin avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. İclasda bildirilib ki, Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayında lider mövqe tutur. Ötən il ölkəmizə 630 mindən çox rusiyalı turist səfər edib ki, bu da ondan əvvəlki dövrü ilə müqayisədə 20% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.