https://sputnik.az/20241222/abs-qirmizi-denizde-sehven-oz-qiricisini-vurub-469570474.html
ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurub
ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurub
Sputnik Azərbaycan
Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket... 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T11:26+0400
2024-12-22T11:26+0400
2024-12-22T11:26+0400
dünya xəbərləri
abş
aviadaşıyıcı
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/16/469571119_0:0:3072:1728_1920x0_80_0_0_c7811946f41d38836dbbbe56bee681a3.jpg
BAKI, 22 dekabr - Sputnik. Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.Hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.Qırmızı dəniz artıq bir ildən çoxdur ki, aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/16/469571119_0:0:2732:2048_1920x0_80_0_0_bc5e160240687a96fa25df229466a176.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, aviadaşıyıcı
ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurub
Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.
BAKI, 22 dekabr - Sputnik. Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.
Hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.
ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.
Qırmızı dəniz artıq bir ildən çoxdur ki, aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.