https://sputnik.az/20241221/nigeriyada-ehaliye-erzaq-paylanarken-sixliqda-27-nefer-olub---kv-469567060.html
Nigeriyada əhaliyə ərzaq paylanarkən sıxlıqda 27 nəfər ölüb - KİV
Nigeriyada əhaliyə ərzaq paylanarkən sıxlıqda 27 nəfər ölüb - KİV
Sputnik Azərbaycan
Cümə axşamı səhər saatlarında Nigeriyanın Oyo əyalətində Milad şənliyində baş verən izdihamda 35 uşaq həlak olub. 21.12.2024, Sputnik Azərbaycan
2024-12-21T18:06+0400
2024-12-21T18:06+0400
2024-12-21T18:06+0400
dünya xəbərləri
nigeriya
ərzaq
ölüm
sıxlıq
ştat
nəfər
polis
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447246502_0:160:3072:1888_1920x0_80_0_0_5e2e8b9e9f4c68e8c6e1d546b1b1fda6.jpg
BAKI, 21 dekabr - Sputnik. Nigeriyada əhaliyə ərzaq paylanması zamanı baş verən iki hadisə zamanı uşaqlar da daxil olmaqla ən azı 27 nəfər ölüb. Bu barədə RİA Novosti “Punch” qəzeti və “Vanguard” məcmuələrinə istinadən məlumat yayıb.Polis həmçinin hadisə zamanı yaralanan səkkiz nəfərdən dördünün artıq yardım aldığını və evə buraxıldığını, daha dördünün isə xəstəxanada qaldığını bildirib.Eyni zamanda Vanguard yazır ki, ölkənin cənubundakı Anambra əyalətinin Okija şəhərində Milad bayramı ərəfəsində əhaliyə düyü paylanması zamanı yaranan izdihamda 17 nəfər ölüb, qurbanların dəqiq sayı açıqlanmayıb.Cümə axşamı səhər saatlarında Punch polisə istinadən xəbər verib ki, Nigeriyanın Oyo əyalətində Milad şənliyində baş verən izdihamda 35 uşaq həlak olub.Bundan sonra yerli Uni xalqının keçmiş kraliçası, tədbirin baş sponsoru olmuş Naomi Silekunola, tədbirin keçirildiyi məktəbin direktoru və bir neçə nəfər saxlanılıb.Nəşr yazır ki, bədxah bayram tədbiri beş min uşaq üçün nəzərdə tutulubmuş, lakin ora gələnlərin sayı 7,5 min nəfəri keçib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447246502_171:0:2902:2048_1920x0_80_0_0_90acecf2e524aba7bedb463bfeb08eba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nigeriya, ərzaq, ölüm, sıxlıq, ştat, nəfər, polis
nigeriya, ərzaq, ölüm, sıxlıq, ştat, nəfər, polis
Nigeriyada əhaliyə ərzaq paylanarkən sıxlıqda 27 nəfər ölüb - KİV
Cümə axşamı səhər saatlarında Nigeriyanın Oyo əyalətində Milad şənliyində baş verən izdihamda 35 uşaq həlak olub.
BAKI, 21 dekabr - Sputnik. Nigeriyada əhaliyə ərzaq paylanması zamanı baş verən iki hadisə zamanı uşaqlar da daxil olmaqla ən azı 27 nəfər ölüb. Bu barədə RİA Novosti “Punch” qəzeti və “Vanguard” məcmuələrinə istinadən məlumat yayıb.
"Federal Paytaxt Ərazi Polis Komandanlığı Abujanın Maitama şəhərindəki Müqəddəs Üçlük Katolik Kilsəsində yemək paylanması zamanı baş verən izdihamda dörd uşaq da daxil olmaqla on nəfərin öldüyünü təsdiqləyib", - "Punch" qəzeti polisə istinadən xəbər verib.
Polis həmçinin hadisə zamanı yaralanan səkkiz nəfərdən dördünün artıq yardım aldığını və evə buraxıldığını, daha dördünün isə xəstəxanada qaldığını bildirib.
Eyni zamanda Vanguard yazır ki, ölkənin cənubundakı Anambra əyalətinin Okija şəhərində Milad bayramı ərəfəsində əhaliyə düyü paylanması zamanı yaranan izdihamda 17 nəfər ölüb, qurbanların dəqiq sayı açıqlanmayıb.
Cümə axşamı səhər saatlarında Punch polisə istinadən xəbər verib ki, Nigeriyanın Oyo əyalətində Milad şənliyində baş verən izdihamda 35 uşaq həlak olub.
Bundan sonra yerli Uni xalqının keçmiş kraliçası, tədbirin baş sponsoru olmuş Naomi Silekunola, tədbirin keçirildiyi məktəbin direktoru və bir neçə nəfər saxlanılıb.
Nəşr yazır ki, bədxah bayram tədbiri beş min uşaq üçün nəzərdə tutulubmuş, lakin ora gələnlərin sayı 7,5 min nəfəri keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.