https://sputnik.az/20241221/dyp-hamini-yol-hereketi-qaydalarina-qeyd-sertsiz-emel-etmeye-cagirir-469565790.html
DYP hamını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır
DYP hamını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır
Sputnik Azərbaycan
Nazirliyin məlumatında bildirilir ki, cari ilin 11 ayı ərzində 505 yol qəzası olub. 21.12.2024, Sputnik Azərbaycan
2024-12-21T19:49+0400
2024-12-21T19:49+0400
2024-12-21T19:49+0400
cəmiyyət
yol qəzası
azərbaycan
yeni il
yol polisi
sürət həddi
baş dövlət yol polisi idarəsi
ölüm
yaralanma
https://cdnn1.img.sputnik.az/img/07e7/07/14/456980220_0:0:850:478_1920x0_80_0_0_dda46446be7c60939b75d0537cdcdf29.jpg
BAKI, 21 dekabr - Sputnik. Cari ilin 11 ayı ərzində baş vermiş 505 yol-nəqliyyat hadisəsi nəticəsində 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:Məlumatda bildirilib ki, hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/14/456980220_143:0:850:530_1920x0_80_0_0_064c812165a952fd8359dd3c4ba98f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol qəzası, azərbaycan, yeni il, yol polisi, sürət həddi, baş dövlət yol polisi idarəsi, ölüm, yaralanma
yol qəzası, azərbaycan, yeni il, yol polisi, sürət həddi, baş dövlət yol polisi idarəsi, ölüm, yaralanma
DYP hamını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır
Nazirliyin məlumatında bildirilir ki, cari ilin 11 ayı ərzində 505 yol qəzası olub.
BAKI, 21 dekabr - Sputnik. Cari ilin 11 ayı ərzində baş vermiş 505 yol-nəqliyyat hadisəsi nəticəsində 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:
"Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur".
Məlumatda bildirilib ki, hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır", - məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.