https://sputnik.az/20241221/bu-sexsler-heqiqi-herbi-xidmete-cagirisdan-azad-edilecek---deputat-qanunu-serh-etdi-469467501.html
Bu şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək - Deputat qanunu şərh etdi
Bu şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək - Deputat qanunu şərh etdi
Sputnik Azərbaycan
Bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. 21.12.2024, Sputnik Azərbaycan
2024-12-21T16:01+0400
2024-12-21T16:01+0400
2024-12-21T16:01+0400
hərbi xidmət
cəmiyyət
azərbaycan
deputat
əli məsimli
çağırış
yaş
hərbi
qeydiyyat
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425685201_0:4:3629:2045_1920x0_80_0_0_904e01d0c45fb563c00731999cac7b21.jpg
BAKI, 21 dekabr — Sputnik. Bu şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək-Deputat qanunu şərh etdi Millət vəkili Əli Məsimli hərbi çağırış yaşının azaldılması ilə bağlı qanuna dəyişikliyi şərh edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, deputat öz *Facebook sosial şəbəkə hesabında qanunda hansı dəyişikliklərin olacağını açıqlayıb. O, bildirib ki, Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır. Onun sözlərinə görə, layihədə həmçinin müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi də müəyyən olunur və təklif edilir ki, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar, 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar və alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər:"Bununla yanaşı təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yeniləşdirilib. Belə ki,bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək". Deputatın sözlərinə görə, əgər hazırda qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirsə, yeni varianta əsasən sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Qeyd edək ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425685201_448:0:3179:2048_1920x0_80_0_0_6f9024d2bec499db92f131311fd166b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hərbi xidmət, azərbaycan, deputat, əli məsimli, çağırış, yaş, hərbi, qeydiyyat
hərbi xidmət, azərbaycan, deputat, əli məsimli, çağırış, yaş, hərbi, qeydiyyat
Bu şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək - Deputat qanunu şərh etdi
Bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək.
BAKI, 21 dekabr — Sputnik. Bu şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək-Deputat qanunu şərh etdi
Millət vəkili Əli Məsimli hərbi çağırış yaşının azaldılması ilə bağlı qanuna dəyişikliyi şərh edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, deputat öz *Facebook sosial şəbəkə hesabında qanunda hansı dəyişikliklərin olacağını açıqlayıb. O, bildirib ki, Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır.Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Beynəlxalq təcrübə nəzərə alınaraq,"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddi 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir. Bu dəyişiklik çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, və bu dəyişiklik qəbul olunub işə düşdükdən sonra isə həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Beləliklə, bu dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq. Rəsmi məlumatlara görə 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Deməli sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək", - deyə Əli Məsimli bildirib.
Onun sözlərinə görə, layihədə həmçinin müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi də müəyyən olunur və təklif edilir ki, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar, 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar və alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər:
"Bununla yanaşı təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yeniləşdirilib. Belə ki,bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək".
Deputatın sözlərinə görə, əgər hazırda qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirsə, yeni varianta əsasən sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
"Sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədininə xidmət edir.Sözügedən dəyişikliklər bu sahədə atılan mühüm addımlar kimi ölkəmizdə hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaqdır", - deyə deputat bildirib.
Qeyd edək ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.