https://sputnik.az/20241221/belediyye-seckilerinde-siyasi-partiyalarin--selahiyyetli-numayendeleri-qeyde-alinib-469566147.html
Bələdiyyə seçkilərində siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb
Bələdiyyə seçkilərində siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb
Sputnik Azərbaycan
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 21.12.2024, Sputnik Azərbaycan
2024-12-21T16:48+0400
2024-12-21T16:48+0400
2024-12-21T16:48+0400
azərbaycan xəbərləri
bələdiyyə seçkiləri
azərbaycan
mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
iclas
https://cdnn1.img.sputnik.az/img/42268/94/422689499_0:160:3072:1888_1920x0_80_0_0_75d80b2e53c5a69821be1559b3218a39.jpg
BAKI, 21 dekabr - Sputnik. Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.Əvvəlcə Komissiyanın 18 dekabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.Sonra 2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub.Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini əsas götürərək, 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.İclasda daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiyası, Gələcək Azərbaycan Partiyası, Ədalət Partiyası, Vəhdət Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası, Azad Vətən Partiyası, Müasir Musavat Partiyası və Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.Media subyektləri təmsilçilərinin də iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42268/94/422689499_171:0:2902:2048_1920x0_80_0_0_ce06b3a53c04b3138264266de8c0d783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdiyyə seçkiləri, azərbaycan, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, iclas
bələdiyyə seçkiləri, azərbaycan, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, iclas
Bələdiyyə seçkilərində siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
BAKI, 21 dekabr - Sputnik. Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın 18 dekabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini əsas götürərək, 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.
İclasda daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiyası, Gələcək Azərbaycan Partiyası, Ədalət Partiyası, Vəhdət Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası, Azad Vətən Partiyası, Müasir Musavat Partiyası və Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Media subyektləri təmsilçilərinin də iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.