DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Türkiyə üçün Qazprombank-a qarşı sanksiyaları istisna edib

© Sputnik / Илья Питалев / Mediabanka keçid Qazprombank
 Qazprombank - Sputnik Azərbaycan, 1920, 21.12.2024
Abunə olmaq
Türkiyə dövləti mövcud sanksiyalara rəğmən alacağı Rusiya qazı üçün ödəmələri Qazprombank vasitəsi ilə həyata keçirməkdə davam edəcək.
BAKI, 21 dekabr — Sputnik. Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib ki, ABŞ Qazprombanka qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, Ankaraya Rusiya qazının pulunu məhz bu bank vasitəsilə ödəməyə icazə verib.
Məsələ ilə bağlı qərb nəşrləeindən biri yazır: "Birləşmiş Ştatlar Türkiyəyə "Qazprombank"a qarşı sanksiyalardan istisna verdi (...) Nazir Bayraktar, danışıqlardan sonra ABŞ rəsmilərinin Ankaraya qaz idxalı üçün "Qazprombank" vasitəsilə ödəniş etməsinə icazə verdiyini söylədi".
Hökumətyönlü "Hürriyet" qəzeti dekabrın 14-də yazıb ki, Türkiyə "Qazprombank"ın sanksiya siyahısından çıxmaq üçün ABŞ-a müraciət edib.
Bayraktarın da vurğuladığı kimi, əks halda kredit təşkilatına qarşı sanksiyalar ölkənin enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Noyabrın 21-də ABŞ "Qazprombank"a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Qeyd edək ki. Avropa İttifaqı və digər dost olmayan dövlətlər üçün Rusiya qazının rublla ödənilməsi sxemi məhz bu bank vasitəsilə təşkil edilib.
Xəbər lenti
0