SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zahid Oruc: "Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik"

© Photo : courtesy of Zahid OrujZahid Oruc, arxiv
Zahid Oruc, arxiv - Sputnik Azərbaycan, 1920, 20.12.2024
Abunə olmaq
Komitə sədri bildirib ki, biz informasiya müharibəsi aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalardır.
BAKI, 20 dekabr — Sputnik. "Prezident İlham Əliyevin andiçmə mərasimində parlamentin yüksək tribunasından "bizə təzyiqlər güclənəcək" bəyanatı və "Rossiya-1" telekanalına müsahibəsində "yalançı dördlük" – "Washington Post", "New York Times", "Figaro" və "Le Monde" qəzetləri, Dövlət Departamentinin himayəsindəki qeyri-hökumət təşkilatları ölkəmizə hər gün hücum edir" açıqlaması Qələbəmizdən sonra milli təhlükəsizliyimizə ən böyük təhdidlərin informasiya müharibəsi olduğunu göstərir".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında bildirib.
Komitə sədri bildirib ki, ikiqütblü dünyanın çökməsi, İKT inqilabı və sosial şəbəkələr, izləmə, hakerlər ordusu informasiyanı dağıdıcı geosiyasi silaha çevirib: "Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq, Ermənistan ordusu ilə döyüşmək deməkdir. Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik".
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq, müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğulayır. Ermənistanın sabiq prezidenti Armen Sarksiyan "Ermənistan kiçik dövlət, qlobal millətdir" deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir. Biz informasiya müharibəsi aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalardır. Təklif edirik ki, türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyannaməsi imzalansın".
Xəbər lenti
0