Tarixdə bu gün: 20 dekabr – FOTO
© Sputnik / Elnur Salayev20 dekabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 dekabr — Sputnik. Dekabrın 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 20-də kimlər anadan olub?
Aleksey Balandin (1898-1967) – Rusiyanın üzvi kimya üzrə mütəxəssisi və SSRİ Elmlər Akademiyasının akademikidir.
© Sputnik / Абрам ШтеренбергAleksey Balandin
Aleksey Balandin
© Sputnik / Абрам Штеренберг
Helena Mayer (1910-1953) - alman və amerikalı qılıncoynadanı, Olimpiya çempionudur. O, 1934-1946-cı illərdə səkkiz dəfə ABŞ çempionu olub.
Cilyola Çinkvetti (1947) - italyan müğənnisi, aktrisası və teleaparıcısıdır. O, "Avroviziya 1964" Mahnı Müsabiqəsinin qalibidir.
© AP Photo / Luca BrunoCilyola Çinkvetti
Cilyola Çinkvetti
© AP Photo / Luca Bruno
Kim Ki Duk (1960-2020) - Cənubi Koreya kinorejissorudur. O, "Pyeta" filminə görə Venesiya kinofestivalında "Qızıl Aslan" mükafatına layiq görülüb.
© AP Photo / Pavel GolovkinKim Ki Duk
Kim Ki Duk
© AP Photo / Pavel Golovkin
Yelizaveta Boyarskaya (1985) – Rusiyanın əməkdar artisti, teatr və kino aktrisasıdır. O, Mixail Boyarski və Larisa Luppianın qızıdır.
Yelizaveta Boyarskaya
© Sputnik / Екатерина Чеснокова
/ Dekabrın 20-də dünyada baş verən tarixi hadisələr
1917-ci ildə əks-inqilab və təxribatla mübarizə üçün Ümumrusiya Fövqəladə Komissiyası (ÜFK) yaradılıb.
1938-ci ildə SSRİ-də əmək kitabçaları tətbiq edilib.
1963-cü ildə ilk dəfə olaraq Qərbi Berlin əhalisinin Almaniya Demokratik Respublikasında (ADR) qohumlarını bir günlük ziyarət etmələri üçün Berlin divarından keçməyə icazə verilib.
1991-ci ildə Litva keçmiş sovet respublikaları arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci il noyabrın 20-də qurulub.
2000-ci ildə İngiltərə Parlamenti yalnız tibbi məqsədlər üçün klonlaşdırma haqqında qanununu təsdiqləyib.
2006-cı ildən etibarən BMT Baş Assambleyası tərəfindən Yoxsulluğun Aradan Qaldırılması üzrə BMT-nin Birinci Onilliyinə həsr olunmuş qətnamədə elan edilmiş Beynəlxalq İnsan Həmrəyliyi Günü qeyd edilir.