https://sputnik.az/20241220/muellimlerin-imtahan-derdi-bitmir-onlar-bu-sinaqdan-uzuag-cixa-bilecekmi-469475841.html
Müəllimlərin imtahan dərdi bitmir: Onlar bu sınaqdan üzüağ çıxa biləcəkmi?
Müəllimlərin imtahan dərdi bitmir: Onlar bu sınaqdan üzüağ çıxa biləcəkmi?
Sputnik Azərbaycan
Hələ ekspertlər deyir ki, gələcəkdə müəllimlərin psixologiya sahəsində bilikləri də yoxlanılmalıdır. 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T09:29+0400
2024-12-20T09:29+0400
2024-12-20T09:29+0400
müəllim
təhsil
kamran əliyev
ilqar orucov
emin əmrullayev
sertifikasiya
proqram və metodik vəsait
diaqnostik qiymətləndirmə
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367808_0:104:2000:1229_1920x0_80_0_0_76b0c22ef2fc8f4eb5629b249f3acf79.jpg
BAKI, 20 dekabr — Sputnik. "Müəllimlərin diaqnostik qiymətləndirilməsində fənn bilikləri ilə yanaşı metodiki bacarıqlarının da qiymətləndirilməsi nəzərdə tutulur. Çünki, müəllimin metodiki bacarıqlarının olması çox önəmlidir. Müəllim tədrisin metodikası sahəsində biliklərə malik olmalıdır ki, öz fənnini daha mükəmməl formada tədris edə bilsin. Ona görə də, müəllimlərin metodiki bacarıqlarını ölçən indiqatorlardan diaqnostik qiymətləndirmə zamanı istifadə edilməsi müsbət addım olar". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov söyləyib. O, bildirib ki, müəllim öz fənnini bilməklə yanaşı, metodiki biliklərə də sahib olmalıdır. Müəllimləri yeni sınaq gözləyir Qeyd edək ki, gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur. Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib ki, metodik kabinetlər yaradılacaq. Onun sözlərinə görə, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək. E. Əmrullayev deyib ki, hazırda diaqnostik qiymətləndirmədə müəllimin fənn bilikləri dəyərləndirilir. "Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metodik kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq" - nazir qeyd edib. Müəllimdirsə, metodikanı da bilməlidir! Təhsil eksperti İlqar Orucov da deyir ki, müəllimlərin gələcəkdə nəinki metodiki bacarıqları, həmçinin pedoqoji psixologiya sahəsində bacarıqları da yoxlanılmalıdır. "Çünki biz bəzən müəllimlərin şagirdlərə münasibətində psixoloji biliklərinin az olmasını, yaxud heç olmadığını hiss edirik. Müəllimin müasir texnologiyaları, təlimin yeni metodlarını necə mənimsəməsi dərsin keyfiyyətinə təsir edir. Ona görə də, ölçmə üçün indikatorlar çox vacibdir. Müəllim təlimin yeni metodlarını necə mənimsədiyi çox önəmlidir. Bu müəllimləri cəzalandırmaq deyil. Yeni texnologiyalar inkişaf edir. Təhsil sahəsində çalışan insan həm fənn biliklərini, tədrsin metodikası sahəsində biliklərini artırmalıdır". Təkmilləşdirmə kurları yenidən bərpa olunmalıdır Müsahibimiz bildirir ki, hətta sovet dövründə də müəllimlər təkmilləşdirmə kurslarına göndərilirdi. Azərbaycanda da müəllimlər metodiki bacarıqlarını artırmaq üçün təkmilləşdirmə keçməlidirlər: "Tədrisin metodikası pedoqoji kadr hazırlayan universitetlərdə ayrıca kafedradır. Bu kafedralar ali təhsil müddətinin üç ilində mühüm yer tutur. Hər ixtisasda müəllim hazırlığında həmin kafedranın tədris yükü olur. Orada bilik bacarıqlar öyrədilir. Ona görə də diaqnostik qiymətləndirmədə metodiki bacarıqların yoxlanılması, ölçülməsi üçün kifayət qədər alətlər tətbiq etmək olar". Fənnini yaxşı bilsə də, metodikanı bilməyən müəllimlər var Təhsil üzrə ekspert Kamran Əsədov da bu qənaətdədir ki, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə müəllimlərin fənn bilikləri ilə yanaşı metodik bacarıqlarının da yoxlanılması təhsil sistemində mühüm və çoxdan gözlənilən dəyişikliklərdən biridir. Onun fikrincə, bu, müəllimlərin təkcə nəzəri biliklərinin deyil, onların həmin bilikləri şagirdlərə necə ötürməsinin də qiymətləndirilməsini hədəfləyir. "Məktəbdə tədris keyfiyyətinin əsasını müəllimin metodik bacarığı təşkil edir. Ona görə də, bu cür yanaşma müsbət addım sayıla bilər. Lakin prosesin effektiv olması üçün metodik bacarıqların necə və hansı üsullarla qiymətləndiriləcəyi, müəllimlərə hansı dəstəyin veriləcəyi və bunun təhsilə hansı nəticələr gətirəcəyi ciddi şəkildə araşdırılmalıdır".Ekspertin fikrincə, eyni zamanda, bu qiymətləndirmənin təşkilində bəzi potensial çatışmazlıqlar da nəzərə alınmalıdır. "Müəllimin metodik bacarığı, onun dərs prosesini təşkil etmək, şagirdlərin diqqətini saxlamaq, tədris etdiyi bilikləri şagirdlərin yaş və idrak səviyyəsinə uyğun şəkildə çatdırmaq, aktiv öyrənməni təşviq etmək və qiymətləndirməni səmərəli şəkildə aparmaq bacarığıdır. İndiyədək müəllimlərin diaqnostik qiymətləndirilməsində əsas diqqət onların fənn biliklərinə yönəldilirdi. Lakin fənn biliyi kifayət deyil. Müəllim həm də bu biliyi innovativ metodlarla çatdırmalı və şagirdlərdə maraq və öyrənmə həvəsi yaratmalıdır. Təcrübə göstərir ki, yüksək fənn biliyinə sahib olan müəllimlər arasında belə, metodik bacarıqlar baxımından ciddi problemlər olanlar var. Bu isə dərs keyfiyyətinə mənfi təsir göstərir. Yeni dəyişiklik bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır", Kamran Əsədov deyib. Metodik bacarıqlar necə yoxlanılacaq? O, bildirib ki, metodik bacarıqların yoxlanılmasında bir neçə üsuldan istifadə edilə bilər. Ən effektiv metodlardan biri müəllimlərin dərs planlaşdırması və təqdimetmə bacarığının qiymətləndirilməsidir:"Müəllimlərdən tədris planı hazırlamaq və onu mikrodərs şəklində təqdim etmək tələb oluna bilər. Bu prosesdə müəllimin dərsin məqsədini düzgün müəyyən etməsi, müasir tədris metodlarından istifadə etməsi, şagirdləri aktiv öyrənməyə cəlb etməsi və qiymətləndirmə prosesini necə təşkil etdiyi izlənilməlidir. Müəllimin təqdim etdiyi dərsə əsasən onun metodik bacarıqları qiymətləndirilə bilər. Real dərs müşahidəsi də bu sahədə mühüm rol oynayır. Müəllimin gündəlik tədris prosesində tətbiq etdiyi üsullar, istifadə etdiyi resurslar və şagirdlərlə ünsiyyət bacarığı müşahidə edilərək qiymətləndirilə bilər". K.Əsədov deyir ki, həmçinin müəllimlərə vəziyyət tapşırıqları təqdim edilə bilər. Müxtəlif sinif və tədris situasiyaları yaradılaraq müəllimlərin həmin vəziyyətdə hansı metodlardan istifadə edəcəyi soruşula bilər: "Məsələn, dərs zamanı sinifdə intizam problemi yarandıqda və ya fərqli öyrənmə səviyyəsinə malik olan şagirdlərlə işləmək zərurəti yarandıqda müəllimin yanaşması qiymətləndirilə bilər. Bu üsul müəllimlərin tədris prosesində çevik düşünmək və uyğun metod seçmək bacarığını üzə çıxaracaq. Metodik bacarıqların yoxlanılmasının təhsilin keyfiyyətinə təsiri böyük olacaq. Əvvəla, müəllimlər metodik biliklərini təkmilləşdirmək və yeni yanaşmalar öyrənmək üçün davamlı şəkildə öz üzərlərində işləməli olacaqlar. Bu, müəllimlərin peşəkar inkişafına təkan verəcək. Daha çevik, müasir və interaktiv dərs metodlarından istifadə edən müəllimlər şagirdlərin dərsə marağını artıracaq və onların öyrənmə nəticələrinə müsbət təsir göstərəcəklər".Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, metodik bacarıqları yüksək olan müəllimlərin dərs dediyi siniflərdə şagirdlərin akademik nəticələri daha yüksək olur. ABŞ, Kanada, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin metodik bacarıqları ciddi şəkildə yoxlanılır və onların peşəkar inkişafı daim dəstəklənir. Bu ölkələrdə müəllimlərin bacarıqları yalnız biliklər əsasında deyil, onların öyrətmə keyfiyyətinə görə qiymətləndirilir. Məsələn, Finlandiyada müəllimlərin dərs planlaşdırması, fərdi yanaşma və innovativ metodlardan istifadəsi əsas meyar kimi götürülür. Bu cür yanaşmalar müəllimlərin metodiki təkmilləşməsini davamlı etdirir və nəticədə təhsilin keyfiyyəti artır. Qiymətləndirərkən həvəsdən salmaq olmaz! Bununla belə K.Əsədov deyir ki, yeni qiymətləndirmə sisteminin tətbiqində bəzi çətinliklər də nəzərə alınmalıdır: "İlk növbədə, metodik bacarıqların yoxlanılması üçün vahid və obyektiv meyarların hazırlanması vacibdir. Əgər qiymətləndirmə subyektiv və qeyri-şəffaf aparılarsa, bu müəllimlərin motivasiyasını aşağı sala bilər. İkinci çətinlik müəllimlərin metodiki bacarıqlarının inkişafı üçün lazımi dəstək və resursların təmin edilməməsidir. Diaqnostik qiymətləndirmə nəticəsində metodik bacarığı aşağı olan müəllimlərin aşkara çıxarılması kifayət deyil; onlara çatışmazlıqları aradan qaldırmaq üçün təlimlər, mentorluq proqramları və əlavə resurslar təqdim edilməlidir. Əgər bu baş verməzsə, qiymətləndirmə prosesi müəllimlər üçün sadəcə bir təzyiq mənbəyinə çevriləcək". Ekspert deyir ki, bəzi müəllimlər uzun illər təcrübəyə sahib olduqları üçün yeni metodlara qarşı müqavimət göstərə bilər. Onların bu dəyişiklikləri qəbul etməsi və yeni metodları öyrənməsi üçün motivasiyaedici proqramlar hazırlanmalıdır. K.Əsədovun fikrincə, müəllimlərin metodik bacarıqlarını qiymətləndirərkən siniflərin maddi-texniki təchizatının yetərsizliyi də nəzərə alınmalıdır. Müasir metodların tətbiqi üçün müəllimlərə lazımi texnologiyalar və resurslar təqdim edilməlidir. Bu dəyişikliklərin uğurla həyata keçirilməsi üçün ilk növbədə müəllimlərin ehtiyacları nəzərə alınmalı və onların professional inkişafına davamlı dəstək verilməlidir. "Metodik bacarıqların inkişafı və qiymətləndirilməsi müəllimlərin özlərini daim təkmilləşdirmələrinə təkan verməli və onlar üçün motivasiya mənbəyinə çevrilməlidir. Əgər bu proses doğru şəkildə idarə edilərsə, təhsilin keyfiyyətində nəzərəçarpacaq dərəcədə yüksəliş baş verəcəkdir. Müəllimlərin metodik bacarıqlarının inkişafı şagirdlərin daha yaxşı öyrənməsini təmin edəcək və ölkənin təhsil sistemi müasir standartlara uyğunlaşdırılacaq", Kamran Əsədov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367808_112:0:1889:1333_1920x0_80_0_0_3e734e42f5636e3e1da412bec3e5fcde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, kamran əliyev, ilqar orucov, emin əmrullayev, sertifikasiya, proqram və metodik vəsait, diaqnostik qiymətləndirmə
müəllim, kamran əliyev, ilqar orucov, emin əmrullayev, sertifikasiya, proqram və metodik vəsait, diaqnostik qiymətləndirmə
Müəllimlərin imtahan dərdi bitmir: Onlar bu sınaqdan üzüağ çıxa biləcəkmi?
Hələ ekspertlər deyir ki, gələcəkdə müəllimlərin psixologiya sahəsində bilikləri də yoxlanılmalıdır.
BAKI, 20 dekabr — Sputnik. "Müəllimlərin diaqnostik qiymətləndirilməsində fənn bilikləri ilə yanaşı metodiki bacarıqlarının da qiymətləndirilməsi nəzərdə tutulur. Çünki, müəllimin metodiki bacarıqlarının olması çox önəmlidir. Müəllim tədrisin metodikası sahəsində biliklərə malik olmalıdır ki, öz fənnini daha mükəmməl formada tədris edə bilsin. Ona görə də, müəllimlərin metodiki bacarıqlarını ölçən indiqatorlardan diaqnostik qiymətləndirmə zamanı istifadə edilməsi müsbət addım olar".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov söyləyib. O, bildirib ki, müəllim öz fənnini bilməklə yanaşı, metodiki biliklərə də sahib olmalıdır.
Müəllimləri yeni sınaq gözləyir
Qeyd edək ki, gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur.
Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib ki, metodik kabinetlər yaradılacaq. Onun sözlərinə görə, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək.
E. Əmrullayev deyib ki, hazırda diaqnostik qiymətləndirmədə müəllimin fənn bilikləri dəyərləndirilir.
"Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metodik kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq" - nazir qeyd edib.
Müəllimdirsə, metodikanı da bilməlidir!
Təhsil eksperti İlqar Orucov da deyir ki, müəllimlərin gələcəkdə nəinki metodiki bacarıqları, həmçinin pedoqoji psixologiya sahəsində bacarıqları da yoxlanılmalıdır.
"Çünki biz bəzən müəllimlərin şagirdlərə münasibətində psixoloji biliklərinin az olmasını, yaxud heç olmadığını hiss edirik. Müəllimin müasir texnologiyaları, təlimin yeni metodlarını necə mənimsəməsi dərsin keyfiyyətinə təsir edir. Ona görə də, ölçmə üçün indikatorlar çox vacibdir. Müəllim təlimin yeni metodlarını necə mənimsədiyi çox önəmlidir. Bu müəllimləri cəzalandırmaq deyil. Yeni texnologiyalar inkişaf edir. Təhsil sahəsində çalışan insan həm fənn biliklərini, tədrsin metodikası sahəsində biliklərini artırmalıdır".
Təkmilləşdirmə kurları yenidən bərpa olunmalıdır
Müsahibimiz bildirir ki, hətta sovet dövründə də müəllimlər təkmilləşdirmə kurslarına göndərilirdi. Azərbaycanda da müəllimlər metodiki bacarıqlarını artırmaq üçün təkmilləşdirmə keçməlidirlər:
"Tədrisin metodikası pedoqoji kadr hazırlayan universitetlərdə ayrıca kafedradır. Bu kafedralar ali təhsil müddətinin üç ilində mühüm yer tutur. Hər ixtisasda müəllim hazırlığında həmin kafedranın tədris yükü olur. Orada bilik bacarıqlar öyrədilir. Ona görə də diaqnostik qiymətləndirmədə metodiki bacarıqların yoxlanılması, ölçülməsi üçün kifayət qədər alətlər tətbiq etmək olar".
Fənnini yaxşı bilsə də, metodikanı bilməyən müəllimlər var
Təhsil üzrə ekspert Kamran Əsədov da bu qənaətdədir ki, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə müəllimlərin fənn bilikləri ilə yanaşı metodik bacarıqlarının da yoxlanılması təhsil sistemində mühüm və çoxdan gözlənilən dəyişikliklərdən biridir. Onun fikrincə, bu, müəllimlərin təkcə nəzəri biliklərinin deyil, onların həmin bilikləri şagirdlərə necə ötürməsinin də qiymətləndirilməsini hədəfləyir.
"Məktəbdə tədris keyfiyyətinin əsasını müəllimin metodik bacarığı təşkil edir. Ona görə də, bu cür yanaşma müsbət addım sayıla bilər. Lakin prosesin effektiv olması üçün metodik bacarıqların necə və hansı üsullarla qiymətləndiriləcəyi, müəllimlərə hansı dəstəyin veriləcəyi və bunun təhsilə hansı nəticələr gətirəcəyi ciddi şəkildə araşdırılmalıdır".
Ekspertin fikrincə, eyni zamanda, bu qiymətləndirmənin təşkilində bəzi potensial çatışmazlıqlar da nəzərə alınmalıdır.
"Müəllimin metodik bacarığı, onun dərs prosesini təşkil etmək, şagirdlərin diqqətini saxlamaq, tədris etdiyi bilikləri şagirdlərin yaş və idrak səviyyəsinə uyğun şəkildə çatdırmaq, aktiv öyrənməni təşviq etmək və qiymətləndirməni səmərəli şəkildə aparmaq bacarığıdır. İndiyədək müəllimlərin diaqnostik qiymətləndirilməsində əsas diqqət onların fənn biliklərinə yönəldilirdi. Lakin fənn biliyi kifayət deyil. Müəllim həm də bu biliyi innovativ metodlarla çatdırmalı və şagirdlərdə maraq və öyrənmə həvəsi yaratmalıdır. Təcrübə göstərir ki, yüksək fənn biliyinə sahib olan müəllimlər arasında belə, metodik bacarıqlar baxımından ciddi problemlər olanlar var. Bu isə dərs keyfiyyətinə mənfi təsir göstərir. Yeni dəyişiklik bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır", Kamran Əsədov deyib.
Metodik bacarıqlar necə yoxlanılacaq?
O, bildirib ki, metodik bacarıqların yoxlanılmasında bir neçə üsuldan istifadə edilə bilər. Ən effektiv metodlardan biri müəllimlərin dərs planlaşdırması və təqdimetmə bacarığının qiymətləndirilməsidir:
"Müəllimlərdən tədris planı hazırlamaq və onu mikrodərs şəklində təqdim etmək tələb oluna bilər. Bu prosesdə müəllimin dərsin məqsədini düzgün müəyyən etməsi, müasir tədris metodlarından istifadə etməsi, şagirdləri aktiv öyrənməyə cəlb etməsi və qiymətləndirmə prosesini necə təşkil etdiyi izlənilməlidir. Müəllimin təqdim etdiyi dərsə əsasən onun metodik bacarıqları qiymətləndirilə bilər. Real dərs müşahidəsi də bu sahədə mühüm rol oynayır. Müəllimin gündəlik tədris prosesində tətbiq etdiyi üsullar, istifadə etdiyi resurslar və şagirdlərlə ünsiyyət bacarığı müşahidə edilərək qiymətləndirilə bilər".
K.Əsədov deyir ki, həmçinin müəllimlərə vəziyyət tapşırıqları təqdim edilə bilər. Müxtəlif sinif və tədris situasiyaları yaradılaraq müəllimlərin həmin vəziyyətdə hansı metodlardan istifadə edəcəyi soruşula bilər:
"Məsələn, dərs zamanı sinifdə intizam problemi yarandıqda və ya fərqli öyrənmə səviyyəsinə malik olan şagirdlərlə işləmək zərurəti yarandıqda müəllimin yanaşması qiymətləndirilə bilər. Bu üsul müəllimlərin tədris prosesində çevik düşünmək və uyğun metod seçmək bacarığını üzə çıxaracaq. Metodik bacarıqların yoxlanılmasının təhsilin keyfiyyətinə təsiri böyük olacaq. Əvvəla, müəllimlər metodik biliklərini təkmilləşdirmək və yeni yanaşmalar öyrənmək üçün davamlı şəkildə öz üzərlərində işləməli olacaqlar. Bu, müəllimlərin peşəkar inkişafına təkan verəcək. Daha çevik, müasir və interaktiv dərs metodlarından istifadə edən müəllimlər şagirdlərin dərsə marağını artıracaq və onların öyrənmə nəticələrinə müsbət təsir göstərəcəklər".
Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, metodik bacarıqları yüksək olan müəllimlərin dərs dediyi siniflərdə şagirdlərin akademik nəticələri daha yüksək olur. ABŞ, Kanada, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin metodik bacarıqları ciddi şəkildə yoxlanılır və onların peşəkar inkişafı daim dəstəklənir. Bu ölkələrdə müəllimlərin bacarıqları yalnız biliklər əsasında deyil, onların öyrətmə keyfiyyətinə görə qiymətləndirilir. Məsələn, Finlandiyada müəllimlərin dərs planlaşdırması, fərdi yanaşma və innovativ metodlardan istifadəsi əsas meyar kimi götürülür. Bu cür yanaşmalar müəllimlərin metodiki təkmilləşməsini davamlı etdirir və nəticədə təhsilin keyfiyyəti artır.
Qiymətləndirərkən həvəsdən salmaq olmaz!
Bununla belə K.Əsədov deyir ki, yeni qiymətləndirmə sisteminin tətbiqində bəzi çətinliklər də nəzərə alınmalıdır:
"İlk növbədə, metodik bacarıqların yoxlanılması üçün vahid və obyektiv meyarların hazırlanması vacibdir. Əgər qiymətləndirmə subyektiv və qeyri-şəffaf aparılarsa, bu müəllimlərin motivasiyasını aşağı sala bilər. İkinci çətinlik müəllimlərin metodiki bacarıqlarının inkişafı üçün lazımi dəstək və resursların təmin edilməməsidir. Diaqnostik qiymətləndirmə nəticəsində metodik bacarığı aşağı olan müəllimlərin aşkara çıxarılması kifayət deyil; onlara çatışmazlıqları aradan qaldırmaq üçün təlimlər, mentorluq proqramları və əlavə resurslar təqdim edilməlidir. Əgər bu baş verməzsə, qiymətləndirmə prosesi müəllimlər üçün sadəcə bir təzyiq mənbəyinə çevriləcək".
Ekspert deyir ki, bəzi müəllimlər uzun illər təcrübəyə sahib olduqları üçün yeni metodlara qarşı müqavimət göstərə bilər. Onların bu dəyişiklikləri qəbul etməsi və yeni metodları öyrənməsi üçün motivasiyaedici proqramlar hazırlanmalıdır.
K.Əsədovun fikrincə, müəllimlərin metodik bacarıqlarını qiymətləndirərkən siniflərin maddi-texniki təchizatının yetərsizliyi də nəzərə alınmalıdır. Müasir metodların tətbiqi üçün müəllimlərə lazımi texnologiyalar və resurslar təqdim edilməlidir. Bu dəyişikliklərin uğurla həyata keçirilməsi üçün ilk növbədə müəllimlərin ehtiyacları nəzərə alınmalı və onların professional inkişafına davamlı dəstək verilməlidir.
"Metodik bacarıqların inkişafı və qiymətləndirilməsi müəllimlərin özlərini daim təkmilləşdirmələrinə təkan verməli və onlar üçün motivasiya mənbəyinə çevrilməlidir. Əgər bu proses doğru şəkildə idarə edilərsə, təhsilin keyfiyyətində nəzərəçarpacaq dərəcədə yüksəliş baş verəcəkdir. Müəllimlərin metodik bacarıqlarının inkişafı şagirdlərin daha yaxşı öyrənməsini təmin edəcək və ölkənin təhsil sistemi müasir standartlara uyğunlaşdırılacaq", Kamran Əsədov əlavə edib.