https://sputnik.az/20241220/mehkeme-12-ci-imamla-bagli-qerar-verdi-469537503.html
Məhkəmə "12-ci imam"la bağlı qərar verdi
Məhkəmə "12-ci imam"la bağlı qərar verdi
Sputnik Azərbaycan
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T14:07+0400
2024-12-20T14:07+0400
2024-12-20T14:09+0400
məhkəmə
bakı ağır cinayətlər məhkəməsi
cəmiyyət
ali məhkəmə
ali məhkəmə
restoran
şəbəkə
azadlıqdan məhrum edilmə
azadlıqdan məhrum etmə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660046_0:161:3068:1887_1920x0_80_0_0_1782f63c0080c9cf5b2b883001f424e0.jpg
BAKI, 20 dekabr — Sputnik. Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü "12-ci imam" kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş "12-ci imam" kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb. Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "Hyundai Santa Fe" minik avtomobilindən gedir.(pravda.az)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660046_169:0:2900:2048_1920x0_80_0_0_1c2c28f10ef364f0c9d915ce21801a49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, bakı ağır cinayətlər məhkəməsi, ali məhkəmə, ali məhkəmə, restoran, şəbəkə, azadlıqdan məhrum edilmə, azadlıqdan məhrum etmə
məhkəmə, bakı ağır cinayətlər məhkəməsi, ali məhkəmə, ali məhkəmə, restoran, şəbəkə, azadlıqdan məhrum edilmə, azadlıqdan məhrum etmə
Məhkəmə "12-ci imam"la bağlı qərar verdi
14:07 20.12.2024 (Yenilənib: 14:09 20.12.2024) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib.
BAKI, 20 dekabr — Sputnik. Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü "12-ci imam" kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş "12-ci imam" kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.
Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "Hyundai Santa Fe" minik avtomobilindən gedir.(pravda.az)