CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAzərbaycan hərbçiləri, arxiv
Azərbaycan hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 20.12.2024
Abunə olmaq
Siyavuş Novruzov bildirib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır.
BAKI, 20 dekabr — Sputnik. İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.
Bunu deputat Siyavuş Novruzov parlamentin plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmır: "Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm".
Xəbər lenti
0