https://sputnik.az/20241220/eclaflar-ve-yalancilar-rusiya-ukrayna-ile-bagli-ikinci-sehve-yol-vermeyecek-469544607.html
Əclaflar və yalançılar: Rusiya Ukrayna ilə bağlı ikinci səhvə yol verməyəcək
Əclaflar və yalançılar: Rusiya Ukrayna ilə bağlı ikinci səhvə yol verməyəcək
Sputnik Azərbaycan
Artıq ənənə xarakteri almış Rusiya prezidentinin illik canlı bağlantısında Vladimir Putin əhalini düşündürən bir sıra məsələyə, ən əsası isə XHƏ-ın məqsədi və... 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T22:21+0400
2024-12-20T22:21+0400
2024-12-20T22:21+0400
rusiya
təhlil
putin
putin
rusiya prezidenti vladimir putin
xüsusi hərbi əməliyyat
kiyev
kiyev
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_0:317:3078:2048_1920x0_80_0_0_a08e64b4d5c25c5dd10fa172c6980ff3.jpg
Rusiya Prezidenti Vladimir Putin, bir çox digər məqamlarla yanaşı, əlçatanlıq, açıqlıq, sadəlik və ardıcıllıq baxımından tamamilə unikal bir fenomendir. Bunu onun iştirakı ilə dünən keçiriləm canlı yayıma yalnız Rusiyada deyil, bütün dünyada, o cümlədən Kiyev yaxınlığındakı beton bunkerlərdə göstərilən maraq da sübut edir. Canlı yayım zamanı ondan 2022-ci ilin fevralına qayıtsaydı, fərqli nə edəcəyini soruşdular. Putin cavab verdi ki, hərbi əməliyyatın keçirilməsi ilə bağlı qərar daha əvvəl verilməli və ona hazırlıq əvvəlcədən və hərtərəfli aparılmalı idi. Diqqətli izləyici prezidentdən canlı yayımın başqa bir hissəsində eşidilən digər ifadəni də görüb: "XHƏ başlayandan mən daha az zarafat edirəm və demək olar ki, gülmirəm". Bu sözlərin arxasında vaxtilə müəyyən qərarlar verən, var gücü ilə həm aramızda, həm də yaxın qardaş xalqımız arasında qan tökülməsin deyə çalışan bir insanın az qala fiziki ağrıları dayansa da, məlum olur ki, onun humanizmi və insanlığa qarşı məhəbbətinə digər tərəf və onun ağaları həyasızcasına xəyanət edib. Minsk razılaşmalarına əsasən münaqişə tərəfləri atəşi dayandırmaq, ağır silahların bufer zonada yerləşdirilməsindən imtina etmək və "hamının hamıya" prinsipi ilə əsirlərin dəyişdirilməsi öhdəliyini üzərinə götürdü. Ukrayna Donbass sakinlərinin fikirlərini nəzərə alaraq Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərinin xüsusi statusu haqqında qanun qəbul etməyi və orada seçkilər keçirməyə razılıq vermişdi. Vaxt keçdi, amma qarşı tərəf kuratorlarının xeyir-duası ilə razılaşmanın bütün bəndlərinin icrasını pozdu. Bu ilin fevralında Vladimir Putin müsahibəsində etiraf etmişdi ki, Rusiya Ukraynada hərbi əməliyyata daha əvvəl başlamamasının səbəbi ondadır ki, Moskva Minsk razılaşmalarını imzalayan tərəflərin ona hörmətlə yanaşacağına inanırdı: "Çünki biz tərəfdaşlarımızın əldə olunan razılaşmaları yerinə yetiriləcəyini düşünürdük". Putinin təkrar bəyanatları (o cümlədən, onun Taker Karlsona müsahibəsində səsləndirilən fikirlər) bizim ukraynalılarla faktiki olaraq eyni xalq olduğumuzu, ona görə də onların fiziki məhvini heç bir vəclə istəməməyimiz, münaqişənin sülh yolu ilə həllinə olan ümidi daha da artırırdı. Lakin sonradan məlum olduğu kimi, qarşı tərəfdən Minsk razılaşmalarını imzalayanlar əvvəlcədən onları həyata keçirmək niyyətində olmayıb. Almaniya kansleri Merkel "Zeit" qəzetinə müsahibəsində Minsk razılaşmalarının Kiyevin "güclənməsi" üçün istifadə edildiyini, "Ukraynaya vaxt vermək" üçün bağlandığını deyib. Eyni mövqeyi Olland da səsləndirib. O, razılaşmanın Moskva ilə Kiyev arasındakı münaqişəni dondurduğunu, bunun Ukraynaya ordunu gücləndirməyə imkan verdiyini və "Rusiya hücumunu müvəqqəti dayandırdığını" bildirib. Bununla bağlı Vladimir Putin qeyd edib ki, "təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla münasibət qurduğumuza inanaraq fəal hərəkətlərimizə əvvəllər başlamamışıq". Rusiya prezidenti başqa bir müsahibəsində XHƏ-nin daha əvvəl başlamamağın daha bir səbəbi kimi həmin vaxt Rusiyanın buna tam hazır olmadığını, o zaman indi əldə olan silahların olmadığını qeyd edib. Dünən Putin buna bir daha aydınlıq gətirdi: bizim indiki kimi ordumuz da yox idi. Rusiya liderinin sözlərinə görə, hazırda milyon yarımlıq Rusiya ordusu dünyada ən təlimli, motivasiyalı və döyüşə hazır ordudur. Döyüş təmas xəttində vəziyyət kəskin şəkildə dəyişib və bütün cəbhə xətti boyunca hərəkət gedir, hər gün onlarla kvadrat kilometr ərazi azad edilir. Eyni zamanda, silahlı qüvvələrimizin imkanları hər gün artır ki, "bunu rəqiblərimiz haqqında demək olmaz". Odur ki amerikalı jurnalistin Rusiya indi "zəiflədiyi" halda danışıqlarda nə təklif edə biləcəyini soruşduqda, Putin ona məlum əsərdən belə bir sitatla cavab verdi: "Mənim ölümümlə bağlı şayiələr çox şişirdilib". XHƏ, Kiyev və Vaşinqton da daxil olmaqla, dünyada heç kimdə olmayan və ondan qaçılması mümkün olmayan silahlar da daxil olmaqla, hərbi inkişaf üçün əsl tramplin oldu. Hələlik heç bir Qərb rəsmisi Putinin zarafatsayağı(?) çağırışını qəbul etməyə cəsarət etməyib, vaxtı keçmiş prezident Zelenski isə qəzəb içində boğulur. "Qarşı tərəfdə" müqavilələrin qorxaqlar, əclaflar və yalançılar tərəfindən imzalanması ilə əlaqəli dərslərdən nəticə çıxarılıb və belə hallar təkrarlanmayacaq. Birbaşa xəttdə Rusiya prezidenti bu məsələyə də son qoydu: "İyun ayında Ukrayna ilə bağlı təkliflərlə çıxışda hər şey deyilib və onların təkrarlanmasının mənası yoxdur". Şərtlərimiz birmənalıdır və onlara yenidən baxıla bilməz. Məqsədimiz, Kiyevin təslim olması, ya da düşmənin darmadağın edilməsi ilə, tam və qeyd-şərtsiz qələbənin əldə edilməsidır. Birbaşa xəttin sonunda Putin etiraf etdi: "Döyüşçülər cəbhədən qayıtmayınca mən xoşbəxt ola bilmərəm. Hazırda orda döyüş gedir. Gəlin, onlara uğurlar, qələbələr və evə qayıtmağı arzulayaq". Bütün ölkə bununla bağlı Rusiya prezidenti ilə həmrəydir - və biz bu məqamın ən qısa zamanda gəlməsi üçün hər şeyi etməliyik. İşləyin, qardaşlar!
kiyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_1021:506:3078:2048_1920x0_80_0_0_3877f968c699223ac44505251e821786.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
rusiya, putin, putin, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat, kiyev, kiyev, ukrayna
rusiya, putin, putin, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat, kiyev, kiyev, ukrayna
Əclaflar və yalançılar: Rusiya Ukrayna ilə bağlı ikinci səhvə yol verməyəcək
Artıq ənənə xarakteri almış Rusiya prezidentinin illik canlı bağlantısında Vladimir Putin əhalini düşündürən bir sıra məsələyə, ən əsası isə XHƏ-ın məqsədi və nəticələri barədə məlumat verdi.
Rusiya Prezidenti Vladimir Putin, bir çox digər məqamlarla yanaşı, əlçatanlıq, açıqlıq, sadəlik və ardıcıllıq baxımından tamamilə unikal bir fenomendir. Bunu onun iştirakı ilə dünən keçiriləm canlı yayıma yalnız Rusiyada deyil, bütün dünyada, o cümlədən Kiyev yaxınlığındakı beton bunkerlərdə göstərilən maraq da sübut edir.
Amma bəlkə də Putinin digər dünya liderlərindən əsas insani fərqi ondan ibarətdir ki, o, öz səhvlərini ictimaiyyət qarşısında etiraf etməyə və onlara görə şəxsi məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Canlı yayım zamanı ondan 2022-ci ilin fevralına qayıtsaydı, fərqli nə edəcəyini soruşdular. Putin cavab verdi ki, hərbi əməliyyatın keçirilməsi ilə bağlı qərar daha əvvəl verilməli və ona hazırlıq əvvəlcədən və hərtərəfli aparılmalı idi.
Diqqətli izləyici prezidentdən canlı yayımın başqa bir hissəsində eşidilən digər ifadəni də görüb: "XHƏ başlayandan mən daha az zarafat edirəm və demək olar ki, gülmirəm".
Bu sözlərin arxasında vaxtilə müəyyən qərarlar verən, var gücü ilə həm aramızda, həm də yaxın qardaş xalqımız arasında qan tökülməsin deyə çalışan bir insanın az qala fiziki ağrıları dayansa da, məlum olur ki, onun humanizmi və insanlığa qarşı məhəbbətinə digər tərəf və onun ağaları həyasızcasına xəyanət edib.
Çoxlarının xatırladığı kimi, əslində Kiyev rejiminin Ukraynanın rusdilli bölgələrinə qarşı o zaman elan etdiyi məhvetmə müharibəsi fonunda 2014-2015-ci illərdə Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət Üçtərəfli kontakt qrupu Donbassdakı vəziyyətin həllini nəzərdə tutan Minsk razılaşmaları adlanan sənəd imzalamışdı. Bu sənədə Putin və o vaxtkı Ukrayna, Fransa və Almaniya liderləri - prezidentlər Petro Poroşenko, Fransua Olland və kansler Angela Merkel imza atmışdılar.
Minsk razılaşmalarına əsasən münaqişə tərəfləri atəşi dayandırmaq, ağır silahların bufer zonada yerləşdirilməsindən imtina etmək və "hamının hamıya" prinsipi ilə əsirlərin dəyişdirilməsi öhdəliyini üzərinə götürdü. Ukrayna Donbass sakinlərinin fikirlərini nəzərə alaraq Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərinin xüsusi statusu haqqında qanun qəbul etməyi və orada seçkilər keçirməyə razılıq vermişdi.
Vaxt keçdi, amma qarşı tərəf kuratorlarının xeyir-duası ilə razılaşmanın bütün bəndlərinin icrasını pozdu.
Bu ilin fevralında Vladimir Putin müsahibəsində etiraf etmişdi ki, Rusiya Ukraynada hərbi əməliyyata daha əvvəl başlamamasının səbəbi ondadır ki, Moskva Minsk razılaşmalarını imzalayan tərəflərin ona hörmətlə yanaşacağına inanırdı: "Çünki biz tərəfdaşlarımızın əldə olunan razılaşmaları yerinə yetiriləcəyini düşünürdük". Putinin təkrar bəyanatları (o cümlədən, onun Taker Karlsona müsahibəsində səsləndirilən fikirlər) bizim ukraynalılarla faktiki olaraq eyni xalq olduğumuzu, ona görə də onların fiziki məhvini heç bir vəclə istəməməyimiz, münaqişənin sülh yolu ilə həllinə olan ümidi daha da artırırdı.
Lakin sonradan məlum olduğu kimi, qarşı tərəfdən Minsk razılaşmalarını imzalayanlar əvvəlcədən onları həyata keçirmək niyyətində olmayıb. Almaniya kansleri Merkel "Zeit" qəzetinə müsahibəsində Minsk razılaşmalarının Kiyevin "güclənməsi" üçün istifadə edildiyini, "Ukraynaya vaxt vermək" üçün bağlandığını deyib. Eyni mövqeyi Olland da səsləndirib. O, razılaşmanın Moskva ilə Kiyev arasındakı münaqişəni dondurduğunu, bunun Ukraynaya ordunu gücləndirməyə imkan verdiyini və "Rusiya hücumunu müvəqqəti dayandırdığını" bildirib. Bununla bağlı Vladimir Putin qeyd edib ki, "təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla münasibət qurduğumuza inanaraq fəal hərəkətlərimizə əvvəllər başlamamışıq".
Putinin sözlərinə görə, Kiyevin Minsk razılaşmalarını yerinə yetirməkdən imtina etməsi Xüsusi Hərbi Əməliyyatın (XHƏ) başlaması üçün əsas təkan oldu – Rusiya "dinc vasitələrdən hərbi xarakterli alətlərə" keçdi.
Rusiya prezidenti başqa bir müsahibəsində XHƏ-nin daha əvvəl başlamamağın daha bir səbəbi kimi həmin vaxt Rusiyanın buna tam hazır olmadığını, o zaman indi əldə olan silahların olmadığını qeyd edib.
Dünən Putin buna bir daha aydınlıq gətirdi: bizim indiki kimi ordumuz da yox idi.
Rusiya liderinin sözlərinə görə, hazırda milyon yarımlıq Rusiya ordusu dünyada ən təlimli, motivasiyalı və döyüşə hazır ordudur. Döyüş təmas xəttində vəziyyət kəskin şəkildə dəyişib və bütün cəbhə xətti boyunca hərəkət gedir, hər gün onlarla kvadrat kilometr ərazi azad edilir. Eyni zamanda, silahlı qüvvələrimizin imkanları hər gün artır ki, "bunu rəqiblərimiz haqqında demək olmaz". Odur ki amerikalı jurnalistin Rusiya indi "zəiflədiyi" halda danışıqlarda nə təklif edə biləcəyini soruşduqda, Putin ona məlum əsərdən belə bir sitatla cavab verdi: "Mənim ölümümlə bağlı şayiələr çox şişirdilib".
XHƏ, Kiyev və Vaşinqton da daxil olmaqla, dünyada heç kimdə olmayan və ondan qaçılması mümkün olmayan silahlar da daxil olmaqla, hərbi inkişaf üçün əsl tramplin oldu.
Vladimir Putin kollektiv Qərbə, ilk növbədə NATO liderlərinə müraciət edərək "yüksək texnologiyalı duel" təklif etdi: Biz birlikdə Kiyevdə müəyyən obyekt müəyyənləşdirək, siz ora istənilən Qərbin hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri yerləşdirin və biz ora "Oreshnik"lə zərbə endirək - "Görək, nə olur".
Hələlik heç bir Qərb rəsmisi Putinin zarafatsayağı(?) çağırışını qəbul etməyə cəsarət etməyib, vaxtı keçmiş prezident Zelenski isə qəzəb içində boğulur.
"Qarşı tərəfdə" müqavilələrin qorxaqlar, əclaflar və yalançılar tərəfindən imzalanması ilə əlaqəli dərslərdən nəticə çıxarılıb və belə hallar təkrarlanmayacaq. Birbaşa xəttdə Rusiya prezidenti bu məsələyə də son qoydu: "İyun ayında Ukrayna ilə bağlı təkliflərlə çıxışda hər şey deyilib və onların təkrarlanmasının mənası yoxdur". Şərtlərimiz birmənalıdır və onlara yenidən baxıla bilməz. Məqsədimiz, Kiyevin təslim olması, ya da düşmənin darmadağın edilməsi ilə, tam və qeyd-şərtsiz qələbənin əldə edilməsidır.
Birbaşa xəttin sonunda Putin etiraf etdi: "Döyüşçülər cəbhədən qayıtmayınca mən xoşbəxt ola bilmərəm. Hazırda orda döyüş gedir. Gəlin, onlara uğurlar, qələbələr və evə qayıtmağı arzulayaq".
Bütün ölkə bununla bağlı Rusiya prezidenti ilə həmrəydir - və biz bu məqamın ən qısa zamanda gəlməsi üçün hər şeyi etməliyik. İşləyin, qardaşlar!