Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dərmandan zəhərlənən qadın öldü

© iStock.com / José AraújoDərman
Dərman  - Sputnik Azərbaycan, 1920, 20.12.2024
Abunə olmaq
Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.
BAKI, 20 dekabr — Sputnik. Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.
Dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Minəxanım Hacı qızı Əkbərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.
Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.
M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0