SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat: Bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb

© Sputnik / Murad OrujovSiyavuş Novruzov
Siyavuş Novruzov  - Sputnik Azərbaycan, 1920, 20.12.2024
Abunə olmaq
Siyavuş Novruzov bildirib ki, bəzi xarici səfirlər öz sosial şəbəkələrində ayrı-ayrı fikirlər yazmaqla məşğuldurlar. Bunlara qarşə Xarici İşlər Nazirliyi tərəfindən lazımi addımlar atılır və daha kəskin şəkildə atılmalıdır.
BAKI, 20 dekabr — Sputnik. "Son zamanlar Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar. Öz sosial şəbəkələrində ayrı-ayrı fikirlər yazmaqla məşğuldurlar. Bunlara qarşə Xarici İşlər Nazirliyi tərəfindən lazımi addımlar atılır və daha kəskin şəkildə atılmalıdır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Fransa səfiri özünü Viktor Hüqonun təbirincə desək, səfil kimi aparmağa başlayıb. Fransanın Azərbaycandakı səfiri də özünü səfir kimi aparmır.
Deputat qeyd edib ki, dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır: "Azərbaycan bu gün təhlükəsizlik adasıdır. Bu adanı hamımız qorumalıyıq".
Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Xarici İşlər Nazirliyi heç vaxt olmadığı kimi sərt cavab verir və düz də edir.
Xəbər lenti
0