https://sputnik.az/20241220/daha-70-milyon-manat-azerbaycana-qaytarildi-469551859.html
Daha 70 milyon manat Azərbaycana qaytarıldı
Daha 70 milyon manat Azərbaycana qaytarıldı
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T17:35+0400
2024-12-20T17:35+0400
2024-12-20T17:36+0400
manat
cəmiyyət
azərbaycan
azərbaycan
dövlət gömrük komitəsi
gömrük komitəsi
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/40796/20/407962072_0:73:1801:1086_1920x0_80_0_0_eb96c17606ba36a84750110be433af48.jpg
BAKI, 20 dekabr — Sputnik. Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan və ölkəyə geri qaytarılmayan pul vəsaitlərinin daha bir hissəsi Azərbaycana qaytarılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib. Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/20/407962072_0:0:1467:1100_1920x0_80_0_0_a93812a823ed655d5af97698d9c3bd61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, azərbaycan, azərbaycan, dövlət gömrük komitəsi, gömrük komitəsi, dövlət gömrük komitəsi
manat, azərbaycan, azərbaycan, dövlət gömrük komitəsi, gömrük komitəsi, dövlət gömrük komitəsi
Daha 70 milyon manat Azərbaycana qaytarıldı
17:35 20.12.2024 (Yenilənib: 17:36 20.12.2024) Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
BAKI, 20 dekabr — Sputnik. Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan və ölkəyə geri qaytarılmayan pul vəsaitlərinin daha bir hissəsi Azərbaycana qaytarılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.