https://sputnik.az/20241220/bakida-2533-bos-is-yeri-var---orta-ayliq-emekhaqqi-993-manatdir-469551002.html
Bakıda 2533 boş iş yeri var - Orta aylıq əməkhaqqı 993 manatdır
Bakıda 2533 boş iş yeri var - Orta aylıq əməkhaqqı 993 manatdır
Sputnik Azərbaycan
İşə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət... 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T18:19+0400
2024-12-20T18:19+0400
2024-12-20T18:19+0400
iş
təhsil
bakı şəhəri üzrə təhsil idarəsi
müqavilə
təhsil müəssisəsi
ümumi təhsil müəssisələri
əməkhaqqı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312919_0:39:2223:1289_1920x0_80_0_0_d024bdc20467405b1154e1ef2d59c746.jpg
BAKI, 20 dekabr — Sputnik. 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2533 vakansiya təqdim olunub. İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib. Bunlardan: - 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; - 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; Həmçinin təqvim ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib. 185 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul olunub. İdarədən bildirilib ki, 2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı isə 527 manat olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312919_401:0:2200:1349_1920x0_80_0_0_a2394aad1ccc8a647d217e7a7a0abc94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iş, bakı şəhəri üzrə təhsil idarəsi, müqavilə, təhsil müəssisəsi, ümumi təhsil müəssisələri, əməkhaqqı
iş, bakı şəhəri üzrə təhsil idarəsi, müqavilə, təhsil müəssisəsi, ümumi təhsil müəssisələri, əməkhaqqı
Bakıda 2533 boş iş yeri var - Orta aylıq əməkhaqqı 993 manatdır
İşə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib.
BAKI, 20 dekabr — Sputnik. 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2533 vakansiya təqdim olunub.
İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib. Bunlardan:
- 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
- 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
Həmçinin təqvim ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib. 185 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul olunub.
İdarədən bildirilib ki, 2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı isə 527 manat olub.