https://sputnik.az/20241220/baki-metropoliteni-qsc-nin-sedri-deyisdi-469556786.html
“Bakı Metropoliteni” QSC-nin sədri dəyişdi
“Bakı Metropoliteni” QSC-nin sədri dəyişdi
Sputnik Azərbaycan
Vüsal Aslanov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb. 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T20:37+0400
2024-12-20T20:37+0400
2024-12-20T20:39+0400
metro
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/14/469556915_0:0:2737:1540_1920x0_80_0_0_9e487ee0b691bed2fdbec547f35772b5.jpg
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib. Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb. V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2020-ci ildə "Maastricht School of Management"i bitirib. 2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib. V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində işləyib. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib. Evlidir, 3 övladı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/14/469556915_5:0:2736:2048_1920x0_80_0_0_6aa5a6ad5103e2a317d00f7fca0b3bbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro
“Bakı Metropoliteni” QSC-nin sədri dəyişdi
20:37 20.12.2024 (Yenilənib: 20:39 20.12.2024) Vüsal Aslanov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.
Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2020-ci ildə "Maastricht School of Management"i bitirib. 2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində işləyib. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib. Evlidir, 3 övladı var.