https://sputnik.az/20241220/az-olsun-saz-olsun-yoxsa-azerbaycanda-evlenenlerin-sayi-niye-azalir--469516376.html
"Az olsun, saz olsun", yoxsa, Azərbaycanda evlənənlərin sayı niyə azalır?
"Az olsun, saz olsun", yoxsa, Azərbaycanda evlənənlərin sayı niyə azalır?
Sputnik Azərbaycan
Elgün Səfərov bildirib ki, yeni ailə quran cütlüklər daha məsuliyyətli nikaha üstünlük verirlər. 20.12.2024, Sputnik Azərbaycan
2024-12-20T10:01+0400
2024-12-20T10:01+0400
2024-12-20T10:15+0400
evlilik
cəmiyyət
zorakılıq
ailə
nikah
boşanma
pandemiya
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:3085:1736_1920x0_80_0_0_fa105df4ddfc4d4557f44f470fad1132.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda son illər nikah sayında azalmanın əsas səbəni pandemiyanın təsirləridir. Digər səbəb isə həm qadınlar, həm də kişilər arasında orta nikah yaşının artmasıdır. Bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru üzvü Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. Qeyd edək ki, Azərbaycanda nikaha girənlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Sputnik Azərbaycan doğum və nikah sayının azalmasının səbəblərini araşdırıb. E.Səfərov deyib ki, 9 aylıq rəqəmlərə baxdıqda nikah sayında azalma olsa da, 2020-ci ildən bu tərəfə nikah sayında artım var. Azərbaycanda nikah sayında azalma əsasən pandemiya dövründə qeydə alınıb. Belə ki, 2020-ci ildə nikah sayı kəskin azalaraq 35348-ə düşüb. Bundan bir əvvəl, 2019-cu ildə isə nikah sayı 63869 olub. Nikah sayının birdən-birə 28521-ə düşməsi isə pandemiya ilə bağlı olub. Şöbə müdirinin sözlərinə görə, nikah sayı 2021-ci ildə yenidən artaraq 56314 olub. 2022-də bu rəqəm 61939, 2023-də isə 54200 təşkil edib. Müsahibimiz nikah sayında azalmanın səbəbinin əsasən pandemiya ilə bağlı olduğunu söyləsə də, buna nikaha daxil olanların sağlamlığı, məsuliyyəti və sosial məsələlərin də təsir etdiyini bildirib. Komitə səlahiyyətlisi onu da vurğulayıb ki, son illər gənclər nikaha daha məluliyyətlə yanaşırlar. "Yeni ailə quran cütlüklər daha məsuliyyətli nikaha üstünlük verir. Boşanmalar da müəyyən qədər onları qorxudur. Boşanmalarda isə məişət zorakılıqları əsas yer tutur. Həmçinin son illər gənc qadınlar da müstəqil olmağa üstünlük verirlər. Əvvəllər gənclər ali təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirdilərsə, son illər gənclər ailə qurduqdan sonra məşğulluğunu təmin etməyə, daha sonra ailə qurmağa üstünlük verirlər".Səfərovun sözlərinə görə, Azərbaycanda son illər qadınlar üçün nikah yaşı artıb. Qadınlar əvvəllər 22-23 yaşında ailə qururdularsa, hazırda nikah yaşı artaraq ortalama 26-27 yaş olub. Kişilərdə isə nikah yaşı 26 idisə, indi 28 yaşdan yuxarıdır. Bununla belə, E.Səfərov bildirib ki, ailə institutu tədricən pandemiyanın təsirlərindən çıxır. Azərbaycanda ailələrin sayı il-ildən artır: "2020-ci ildə ailələrin sayı 2 milyon 139, 2021-ci ildə 2 milyon 150 , 2022-ci ildə 2 milyon 157 , 2023-cü ildə isə 2 milyon 293 min olub. İllik nöqteyi nəzərdən ailələrin sayında artım var. Ümumi rəqəmə baxdıqda Azərbaycan ailələri 2 milyon 300 mini keçib. Azərbaycan ailələrinin sayının il-ildən artması müşahidə olunur. Nikaha daxil olan şəxslərin həm kişi və həm də qadınlar arasında yaşın artması bu nikah sayına öz təsirini göstərir. 2030-cu ilədək ailələrin sayı artacaq. Amma selektiv abortlar, boşanmaya gətirib çıxardan səbəblər, məişət zorakılıqları buna təsir edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:2731:2048_1920x0_80_0_0_f251476b4dba39b857759831c8e3f0de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
evlilik, zorakılıq, ailə, nikah, boşanma, pandemiya, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
evlilik, zorakılıq, ailə, nikah, boşanma, pandemiya, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
"Az olsun, saz olsun", yoxsa, Azərbaycanda evlənənlərin sayı niyə azalır?
10:01 20.12.2024 (Yenilənib: 10:15 20.12.2024) Elgün Səfərov bildirib ki, yeni ailə quran cütlüklər daha məsuliyyətli nikaha üstünlük verirlər.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda son illər nikah sayında azalmanın əsas səbəni pandemiyanın təsirləridir. Digər səbəb isə həm qadınlar, həm də kişilər arasında orta nikah yaşının artmasıdır. Bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru üzvü Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycanda nikaha girənlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Sputnik Azərbaycan doğum və nikah sayının azalmasının səbəblərini araşdırıb.
E.Səfərov deyib ki, 9 aylıq rəqəmlərə baxdıqda nikah sayında azalma olsa da, 2020-ci ildən bu tərəfə nikah sayında artım var. Azərbaycanda nikah sayında azalma əsasən pandemiya dövründə qeydə alınıb. Belə ki, 2020-ci ildə nikah sayı kəskin azalaraq 35348-ə düşüb. Bundan bir əvvəl, 2019-cu ildə isə nikah sayı 63869 olub. Nikah sayının birdən-birə 28521-ə düşməsi isə pandemiya ilə bağlı olub.
Şöbə müdirinin sözlərinə görə, nikah sayı 2021-ci ildə yenidən artaraq 56314 olub. 2022-də bu rəqəm 61939, 2023-də isə 54200 təşkil edib.
Müsahibimiz nikah sayında azalmanın səbəbinin əsasən pandemiya ilə bağlı olduğunu söyləsə də, buna nikaha daxil olanların sağlamlığı, məsuliyyəti və sosial məsələlərin də təsir etdiyini bildirib.
Komitə səlahiyyətlisi onu da vurğulayıb ki, son illər gənclər nikaha daha məluliyyətlə yanaşırlar.
"Yeni ailə quran cütlüklər daha məsuliyyətli nikaha üstünlük verir. Boşanmalar da müəyyən qədər onları qorxudur. Boşanmalarda isə məişət zorakılıqları əsas yer tutur. Həmçinin son illər gənc qadınlar da müstəqil olmağa üstünlük verirlər. Əvvəllər gənclər ali təhsil aldıqdan sonra ailə qurmağa üstünlük verirdilərsə, son illər gənclər ailə qurduqdan sonra məşğulluğunu təmin etməyə, daha sonra ailə qurmağa üstünlük verirlər".
Səfərovun sözlərinə görə, Azərbaycanda son illər qadınlar üçün nikah yaşı artıb. Qadınlar əvvəllər 22-23 yaşında ailə qururdularsa, hazırda nikah yaşı artaraq ortalama 26-27 yaş olub. Kişilərdə isə nikah yaşı 26 idisə, indi 28 yaşdan yuxarıdır.
Bununla belə, E.Səfərov bildirib ki, ailə institutu tədricən pandemiyanın təsirlərindən çıxır. Azərbaycanda ailələrin sayı il-ildən artır:
"2020-ci ildə ailələrin sayı 2 milyon 139, 2021-ci ildə 2 milyon 150 , 2022-ci ildə 2 milyon 157 , 2023-cü ildə isə 2 milyon 293 min olub. İllik nöqteyi nəzərdən ailələrin sayında artım var. Ümumi rəqəmə baxdıqda Azərbaycan ailələri 2 milyon 300 mini keçib. Azərbaycan ailələrinin sayının il-ildən artması müşahidə olunur. Nikaha daxil olan şəxslərin həm kişi və həm də qadınlar arasında yaşın artması bu nikah sayına öz təsirini göstərir. 2030-cu ilədək ailələrin sayı artacaq. Amma selektiv abortlar, boşanmaya gətirib çıxardan səbəblər, məişət zorakılıqları buna təsir edir".