SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nikol Paşinyan Azərbaycanla bağlı mühüm açıqlamalar verib

© Tigran Mehrabyan, PAN Photo via AP,Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Paşinyan bildirib ki, üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə, Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsinə və dəmir yolu əlaqəsini bərpa etməyə razıdır.
BAKI, 19 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində Azərbaycanla münasibətlərə dair mühüm açıqlamalar verib.
O qeyd edib ki, Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib:

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”.

Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır
Paşinyan qeyd edib ki, İrəvan delimitasiya prosesi başa çatdıqdan sonra üçüncü ölkələrin qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməməyə razıdır:

“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, deyərdim, minimuma enir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”.

Paşinyan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə iddiaların geri götürülməsi ideyasını məqbul adlandırıb
Ermənistanın Baş naziri bildirib ki, sülh sazişinin imzalanmasından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsi ideyasını məqbul sayır.
O, sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb:

“Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.

Xəbər lenti
0