https://sputnik.az/20241219/narkomanlar-ucun-elcatmaz-mualice-xercleri---bir-ayi-1000-1500-manatdir-464217128.html
Azərbaycanda narkomaniyaya görə müalicə alanların şok statistikası
Azərbaycanda narkomaniyaya görə müalicə alanların şok statistikası
Sputnik Azərbaycan
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında... 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T11:55+0400
2024-12-19T11:55+0400
2024-12-19T14:15+0400
cəmiyyət
narkomaniya
reabilitasiya
mərkəz
manat
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000826_0:8:3073:1736_1920x0_80_0_0_56165f3dee2abbb2b71593a2a5f2bd97.jpg
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə 849 nəfər müalicə alır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub. Bildirilib ki, onlardan 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində,143-ü Sumqayıt Narkoloji Mərkəzindədir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.28.04.24, 09:18Narkomanlar üçün əlçatmaz müalicə xərcləri - Bir ayı 1000-1500 manatdır"Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır". Bu Milli Məclisdə narkomanların müalicəsi üçün narkoloji dispanserlərin sayının az olduğu barədə iradlara Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, bu xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq. Göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək. Narkomanlar üçün 7 narkoloji mərkəz fəaliyyət göstərir Açıqlamada o da qeyd olunub ki, Azərbaycanda hazırda 2-si Bakıda olmaqla Respublika üzrə ümumilikdə 7 narkoloji mərkəz fəaliyyət göstərir. Qeyd edək ki, ötən gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov ölkədə narkotik istifadəçilərinin müalicəsi üçün kifayət qədər dispanserlərin olmadığını bildirib. Dövlət müalicə mərkəzləri ilə yanaşı özəl mərkəzlər də olmalıdır! Millət vəkili Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda narkomanların müalicəsi üçün yeni böyük müalicə müəssisələrinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, bu müəssisələr yaradıldıqdan sonra müvafiq təlabat ödəniləcək. Bununla belə deputat hesab edir ki, səhiyyə nazirliyinin strukturları ilə yanaşı özəl sahədə də narkomanlar üçün tibbi və reablitasiya xidmətlərinin təşkili vacibdir. Qiymətlər bir ay üçün min manatdan başlayır Sputnik Azərbaycan özəl reablitasiya mərkəzlərində narkomanların müalicə xərclərini araşdırıb. "Restart" Reabilitasiya Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, Mərkəzdə müalicə kursu 6 aydır. Narkotik maddə aludəçiləri bu müalicə kursunu keçmək üçün hər ay 1000 manat vəsait ödəməlidirlər. "Relivium" Reabilitasiya Mərkəzindən isə bildirilib ki, narkotik maddə aludəçilərinin reablitasiya dövrü 9 aydır. Doqquz min manat ödəməklə narkotik maddə istifadəçiləri reablitasiyadan keçə bilərlər. Mərkəzdən reablitasiyadan keçən hər 20 narkomandan 10-unun sağaldığını bildiriblər. Narkoloji mərkəzlərin sayı yox, müalicə metodları dəyişməlidir! "Həyat Naminə" İctimai Birliyinin nəzdində yerləşən, narkomaniyadan əziyyət çəkənlər üçün yaradılan reabilitasiya mərkəzinmərkəzin direktoru Kənan Hacıyev isə Sputnik Azərbaycan-a bildirib ki, narkoloji dispanserlərin sayını artırmaqdansa, müalicə metodları dəyişdirilməlidir. "Narkoloji dispanserlərdə müalicə metodları dəyişməlidir. Bu gün narkotik maddə aludəçilərini narkoloji dispanserlərdən uzaqlaşdıran əsas məqam bu müəssisələrdə işgəncə hallarının, narkomanlara qarşı kobudluqların edilməsidir", K.Hacıyev bildirib. Mərkəz rəhbəri onu da əlavə edib ki, narkotik maddə asılılığından xilas olmaq üçün detoks tək şərt deyil:Hansı reablitasiya mərkəzlərinə güvənmək olar? O, hazırda narkotik maddə aludəçilərinin ölkədə fəaliyyət göstərən bütün reablitasiya mərkəzlərinə güvənməli olmadığını da bildirib. Əlavə edib ki, hazırda ölkədə sağlam olmayan realitasiya mərkəzləri həddindən artıq çoxdur:O, bəzi özəl reablitasiya mərkəzlərində narkomanlara işgəncə hallarının olduğunu da söyləyib. Həmçinin qeyd edib ki, bəzi narkotik maddə aludəçilərini reablitasiyaya cəlb etmək çətindir. K.Hacıyev onu da bildirib ki, bu gün reablitasiya mərkəzlərinin necə gəldi açılması narahatedici məqamdır.Onun fikrincə, narkomanlar üçün özəl reablitasiya mərkəzləri ilə bağlı da normativlər və nəzarət olmalıdır. O, hazırda özəl reablitasiya mərkəzlərində aylıq müalicə xərclərinin 1500 manat olduğunu söyləyib. Bildirib ki, ən az müalicə dövrü 6 aydır. İkinci mərhələdə aylıq ödəniş 500 manata düşür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000826_149:0:2880:2048_1920x0_80_0_0_1297956f615472cf7e7cc434379d2c55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
narkomaniya, reabilitasiya, mərkəz, manat
narkomaniya, reabilitasiya, mərkəz, manat
Azərbaycanda narkomaniyaya görə müalicə alanların şok statistikası
11:55 19.12.2024 (Yenilənib: 14:15 19.12.2024) Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə 849 nəfər müalicə alır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, onlardan 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində,143-ü Sumqayıt Narkoloji Mərkəzindədir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.
Narkomanlar üçün əlçatmaz müalicə xərcləri - Bir ayı 1000-1500 manatdır
"Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır". Bu Milli Məclisdə narkomanların müalicəsi üçün narkoloji dispanserlərin sayının az olduğu barədə iradlara Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, bu xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq. Göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək.
Narkomanlar üçün 7 narkoloji mərkəz fəaliyyət göstərir
Açıqlamada o da qeyd olunub ki, Azərbaycanda hazırda 2-si Bakıda olmaqla Respublika üzrə ümumilikdə 7 narkoloji mərkəz fəaliyyət göstərir.
Qeyd edək ki, ötən gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov ölkədə narkotik istifadəçilərinin müalicəsi üçün kifayət qədər dispanserlərin olmadığını bildirib.
"Artıq vaxtı çatıb ki, xəstəxanalarla yanaşı bu cür dispanserlər də tikilib istifadəyə verilsin", -deputat bildirib.
Dövlət müalicə mərkəzləri ilə yanaşı özəl mərkəzlər də olmalıdır!
Millət vəkili Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda narkomanların müalicəsi üçün yeni böyük müalicə müəssisələrinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, bu müəssisələr yaradıldıqdan sonra müvafiq təlabat ödəniləcək. Bununla belə deputat hesab edir ki, səhiyyə nazirliyinin strukturları ilə yanaşı özəl sahədə də narkomanlar üçün tibbi və reablitasiya xidmətlərinin təşkili vacibdir.
"Stasionar şəkildə müalicə alanlar üçün xəstəxanaların sayının artırılmasına ehtiyac var. Həmçinin bu sahədə kadr potensialı da artırılmalıdır. Amma təkcə narkoloji dispanserlər inşa etməklə kifayətlənmək olmaz. Biz cəmiyyəti bu bəladan xilas etmək üçün maarifləndirmə işlərini, televiziyalarda təbliğatı artırmalıyıq. Gənclər arasında sağlam həyat tərzi təbliğ edilməlidir", -deputat bildirib.
Qiymətlər bir ay üçün min manatdan başlayır
Sputnik Azərbaycan özəl reablitasiya mərkəzlərində narkomanların müalicə xərclərini araşdırıb.
"Restart" Reabilitasiya Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, Mərkəzdə müalicə kursu 6 aydır. Narkotik maddə aludəçiləri bu müalicə kursunu keçmək üçün hər ay 1000 manat vəsait ödəməlidirlər.
"Bu qiymətə narkomanın burada qalması, yeməyi, idmanı, istirahəti daxildir. Amma siqareti hər kəs özü almalıdır. Narkoman bu müddətdə buradan ayrılmadan "12 addım proqramı" ilə sağlam həyat tərzinə alışdırılır", - deyə Mərkəzdən bildirilib.
"Relivium" Reabilitasiya Mərkəzindən isə bildirilib ki, narkotik maddə aludəçilərinin reablitasiya dövrü 9 aydır. Doqquz min manat ödəməklə narkotik maddə istifadəçiləri reablitasiyadan keçə bilərlər. Mərkəzdən reablitasiyadan keçən hər 20 narkomandan 10-unun sağaldığını bildiriblər.
"Burada narkomanın hansı narkotik istifadə etdiyinə önəm verilmir. Biz şəxsiyyəti müalicə edirik", - reablitasiya mərkəzindən bildirilub.
Narkoloji mərkəzlərin sayı yox, müalicə metodları dəyişməlidir!
"Həyat Naminə" İctimai Birliyinin nəzdində yerləşən, narkomaniyadan əziyyət çəkənlər üçün yaradılan reabilitasiya mərkəzinmərkəzin direktoru Kənan Hacıyev isə Sputnik Azərbaycan-a bildirib ki, narkoloji dispanserlərin sayını artırmaqdansa, müalicə metodları dəyişdirilməlidir.
"Narkoloji dispanserlərdə müalicə metodları dəyişməlidir. Bu gün narkotik maddə aludəçilərini narkoloji dispanserlərdən uzaqlaşdıran əsas məqam bu müəssisələrdə işgəncə hallarının, narkomanlara qarşı kobudluqların edilməsidir", K.Hacıyev bildirib.
Mərkəz rəhbəri onu da əlavə edib ki, narkotik maddə asılılığından xilas olmaq üçün detoks tək şərt deyil:
"Narkomanın müalicəsi bir neçə mərhələdən ibarətdir. Reablitasiya burada böyük əhəmiyyət kəsb edir. Həkim müalicədən, yəni narkoman detoks olunandan sonra reablitasiyaya yönəltməlidir. Bu onun narkomaniyaya qayıtmasının qarşısı alınar. Təəssüf ki, əksər həkimlər pasiyentlərinin təkrar onlara geri dönməsi üçün onu reablitasiyaya yönəltmirlər. Mən də illər öncə narkotik maddə istifadəçisi olmuşam. Narkoloji dispanserdə detoks məni ağrıdan qurtarıb. Amma həkimim məni düz 9 ildən sonra reablitasiyaya yönəldib", - K.Hacıyev söyləyib.
Hansı reablitasiya mərkəzlərinə güvənmək olar?
O, hazırda narkotik maddə aludəçilərinin ölkədə fəaliyyət göstərən bütün reablitasiya mərkəzlərinə güvənməli olmadığını da bildirib. Əlavə edib ki, hazırda ölkədə sağlam olmayan realitasiya mərkəzləri həddindən artıq çoxdur:
"Onlar narkomanları aldadırlar ki, reablitasiya 100 faiz nəticə verir. Halbuki, 100 faizdən 20 faiz nəticə almaq mümkündür".
O, bəzi özəl reablitasiya mərkəzlərində narkomanlara işgəncə hallarının olduğunu da söyləyib. Həmçinin qeyd edib ki, bəzi narkotik maddə aludəçilərini reablitasiyaya cəlb etmək çətindir.
"İkinci diaqnozu olan, şəxsiyyət əskikliyi olanları narkotik maddə aludəçilərini reablitasiya mərkəzinə götürməyə çətinlik çəkirik. Onlar psixiatr müalicəsi almalıdırlar. Reablitasiya mərkəzlərində isə psixiatrlar yoxdur. Belə insanların gözünə halusinasiyalar görünür, onlar qeyri-ixtiyari adam belə öldürə bilirlər. Ona görə də digər pasiyentlərin təhlükəsizliyi üçün ikinci diaqnozu və şəxsiyyət əskikiyi olanları reablitasiyaya götürə bilmirik. Bunların arasında sintetik narkotik istifadəçiləri də var".
K.Hacıyev onu da bildirib ki, bu gün reablitasiya mərkəzlərinin necə gəldi açılması narahatedici məqamdır.Onun fikrincə, narkomanlar üçün özəl reablitasiya mərkəzləri ilə bağlı da normativlər və nəzarət olmalıdır.
O, hazırda özəl reablitasiya mərkəzlərində aylıq müalicə xərclərinin 1500 manat olduğunu söyləyib. Bildirib ki, ən az müalicə dövrü 6 aydır. İkinci mərhələdə aylıq ödəniş 500 manata düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.