https://sputnik.az/20241219/lon-mask-is-basinda-ndi-de-beyine-qosulan-robot-elin-hazirlanmasina-baslanilib-469447642.html
İlon Mask iş başında: İndi də beyinə qoşulan robot əlin hazırlanmasına başlanılıb
İlon Mask iş başında: İndi də beyinə qoşulan robot əlin hazırlanmasına başlanılıb
Sputnik Azərbaycan
Mütəxəssislər iflic olan xəstələrin normal həyata qayıtmasına kömək etməyi planlaşdırırlar. 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T23:23+0400
2024-12-19T23:23+0400
2024-12-19T23:23+0400
beyin
elm
ilon mask
"neuralink"
robot
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469447475_0:98:3072:1826_1920x0_80_0_0_dc93304b955d2b52d585fda8ee7d053c.jpg
BAKI, 19 dekabr — Sputnik. ABŞ-da insan beyninə birləşdirən robot əl hazırlanır. Təfərrüatlar barədə "Bloomberg" məlumat yayıb. KİV-in məlumatına görə, işə ABŞ-dan olan sahibkar İlon Maskın "Neuralink" şirkəti nəzarət edir. Mütəxəssislər iflic olan xəstələrin normal həyata qayıtmasına kömək etməyi planlaşdırırlar. Ehtimal olunur ki, insanlar xüsusi beyin implantı vasitəsilə robot əli idarə edə biləcəklər. Hələ ki, laboratoriyalarda sınaqlar aparılır. Metodun insanlar üzərində sınaqdan keçirilməsinə yalnız bir neçə ildən sonra başlanacaq. "Bu, təkcə rəqəmsal azadlığın deyil, həm də fiziki azadlığın bərpası istiqamətində mühüm addımdır" - layihənin müəllifləri bildiriblər. Yeni model sayəsində xəstələr kompüter kursorundan istifadə etməklə işləyə biləcəklər. Onlar, həmçinin planşet və digər rəqəmsal alətlərə, eləcə də video oyunlara çıxış əldə edəcəklər. Daha əvvəl bildirilmişdi ki, Maskın şirkətinin vizual implantı anadangəlmə kor insanlara görmə imkanı verəcək. Əvvəlcə təsvirin keyfiyyəti aşağı olacaq, lakin zaman keçdikcə cihaz infraqırmızı və ultrabənövşəyi spektrlərdə görməyə imkan verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469447475_162:0:2893:2048_1920x0_80_0_0_9f3e3e65d47cde6b1bfcd8f219b7d304.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
beyin, ilon mask, "neuralink", robot
beyin, ilon mask, "neuralink", robot
İlon Mask iş başında: İndi də beyinə qoşulan robot əlin hazırlanmasına başlanılıb
Mütəxəssislər iflic olan xəstələrin normal həyata qayıtmasına kömək etməyi planlaşdırırlar.
BAKI, 19 dekabr — Sputnik. ABŞ-da insan beyninə birləşdirən robot əl hazırlanır.
Təfərrüatlar barədə "Bloomberg" məlumat yayıb.
KİV-in məlumatına görə, işə ABŞ-dan olan sahibkar İlon Maskın "Neuralink" şirkəti nəzarət edir. Mütəxəssislər iflic olan xəstələrin normal həyata qayıtmasına kömək etməyi planlaşdırırlar.
Ehtimal olunur ki, insanlar xüsusi beyin implantı vasitəsilə robot əli idarə edə biləcəklər. Hələ ki, laboratoriyalarda sınaqlar aparılır. Metodun insanlar üzərində sınaqdan keçirilməsinə yalnız bir neçə ildən sonra başlanacaq.
"Bu, təkcə rəqəmsal azadlığın deyil, həm də fiziki azadlığın bərpası istiqamətində mühüm addımdır" - layihənin müəllifləri bildiriblər.
Yeni model sayəsində xəstələr kompüter kursorundan istifadə etməklə işləyə biləcəklər. Onlar, həmçinin planşet və digər rəqəmsal alətlərə, eləcə də video oyunlara çıxış əldə edəcəklər.
Daha əvvəl bildirilmişdi ki, Maskın şirkətinin vizual implantı anadangəlmə kor insanlara görmə imkanı verəcək. Əvvəlcə təsvirin keyfiyyəti aşağı olacaq, lakin zaman keçdikcə cihaz infraqırmızı və ultrabənövşəyi spektrlərdə görməyə imkan verəcək.