SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin "Rossiya Seqodnya"ya müsahibəsi və Jozef Borrellin işləri

© AP Photo / Geert Vanden WijngaertAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Politoloqun fikrincə, Rusiya ilə olan ikitərəfli münasibətlər təəssüf ki, Borrel kimiləri qıcıqlandıran amillərdəndir.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibədə Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə keçmiş ali nümayəndəsi Cozef Borrelli də sərt tənqid edib. Azərbaycan Prezidenti deyib ki, Borrell bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı.
"Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib", İlham Əliyev bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Prezident İlham Əliyevin "Rossiya Seqodnya"ya verdiyi müsahibə regional və beynəlxalq siyasətin dərin analizinə əsaslanırdı:
"Müsahibədə gələcəklə bağlı mühüm proqnozların və strategiyaların anonsları ifadə edildi, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarla Azərbaycanın münasibələrinin xarakterindən bəhs edildi. Rusiya-Azərbaycan münasibətləri, Gürcüstandakı hadisələr, o cümlədən Rusiya-Ukrayna savaşı və onun gələcək inkişaf ssenariləri, Türkiyə ilə münasibətlər müsahibədə yer almışdı. Bu sübut edir ki, Dmitri Kiselyov da müsahibə üçün yetərincə qlobal və regional mövzuları əhatələməyi bacarmışdı. Hesab edirəm ki, bundan sonrakı dövrdə bu müsahibəyə çoxlu istinadlar olacaq".
Millət vəkili bildirib ki, fəaliyyəti başa çatmış Borrel illər ərzində Azərbaycana kin-küdurət püskürmüşdü:

"Bunun başlıca səbəbi Vətən müharibəsindəki qələbəmiz idi. Avropa Parlamenti və onun nazirlər şurası, o cümlədən digər avroməmurlar əvvəlki illərdə də ölkəmizə qarşı çox sərt qiymətləndirmələrdən çıxışlar edirdilər. Bunun səbəbi ölkəmizin müstəqil siyasəti, hakimiyyətin Brüsseldən təlimat almaması, Azərbaycanın forpost kimi Rusiya və İrana qarşı Qərbin siyasətinin icraçısı olaraq deyil, milli maraqlara söykənən siyasət yürütməsi idi".

"Açıq demək lazımdır ki, Vətən müharibəsindəki qələbədən sonra Avropanın müxtəlif strukturları Azərbaycana qarşı beynəlxalq şəbəkini genişləndirdilər. Qərb təsisatlarında ölkəmizlə bağlı sərt qətnamələrin və qərarların verilməsi, ölkə rəhbərinin adına olan hücumlar, ölkəmizin demonlaşdırılması siyasəti aparılırdı. Bununla paralel olaraq ikitərəfli və çoxtərəfli əlaqələrimizə zərbə vurmaq üçün iqtisadi və siyasi təcridə məruz qoymaq niyyəti güdülürdü. Nə Borrell, nə Qərbin ölkəmiz əleyhinə şəbəkələşmiş digər strukturları, nə də vətən xainlərinin tribunasından ölkəmizin daim linç edilməsi arzu etdikləri səmərini vermədi. Borrell kimi şəxslər öz olduqları yerdən kənardakı bütün əraziləri cəngəllik kimi görür və ya cəngəlliyə çevirirlər", Zahid Oruc bildirib.
Millət vəkili qeyd edib ki, milyonlarla köçkün Aİ-nin keçmiş rəsmisinin dediyi o cəngəllik siyasəti nəticəsində yaranıb:
"Aİ-nin əsas simaları mənəviyyatca aşağı və kindar şəxslərdir. Azərbaycan Prezidentinin Borrell üçün bənzətməsi də buna əsaslanır. Rəqəmsal faşizmi yaradan, ayrı-ayrı ölkələrin üzərinə hücuma keçən bu qüvvələrin ölkəmizə tətbiq etdikləri siyasət də bu cəngəllik münasibətindən qaynaqlanır. Azərbaycan onlar istəklərinin əksinə siyasət həyata keçirir. Ona görə də Aİ-nin yeni rəhbər şəxsləri Azərbaycan prezidentinin mesajlarını düzgün anlayacağına ümid edirik. Biz qətiyyən Qərblə konfrantasiyada maraqlı deyilik".
Politoloq Elşən Manafov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru D.Kiselyova musahibəsində Borrelin bir neçə onillik əvvəl yaşasaydı Franko iqtidarının xarici işlər naziri vəzifəsinə layiq gələcəyini bildirməsi faşist düşüncə tərzinə malik Borrelə verilən ən düzgün qiymətdir.

"Avropanı cənnət, qalan dünyanı isə cəngəllik kimi görən Borrel Aİ-nin baş diplomatı olarkən Azərbaycan-Ermənistan münasibətlərinə obyektiv münasibət sərgiləyə bilməyib, onun Azərbaycana yönəlik çıxışlarında həmişə qərəz özünü qabarıq şəkildə biruzə verib. Bakıda COP29 tədbirlərinin keçirildiyi bir dönəmdə də, Borrel Aİ-nin o məmurlarından olub ki, Avropa dövlətlərini Bakı tədbirlərini boykota çağırıb, diplomatiyanın etiket qaydalarına belə əməl edə bilməmişdi".

Politoloq qeyd edir ki, bölgənin geosiyasi konfiqurasiyasına dair rəsmi Bakının Borrel kimi diplomatların baxışlarını bölüşməməsi, xüsusilə Rusiya ilə olan ikitərəfli münasibətlərimiz təəssüf ki, Borrel kimiləri qıcıqlandıran amillərdəndir.
"Borrel bu gün Avropa rəsmilərindən deyil, ona görə də, onun Aİ-nin Azərbaycanla münasibətlərə əvvəlki ampluada təsir imkanları yoxdur. Aİ-də isə Azərbaycana yönəlik ikili standartlar siyasəti qalmaqdadır Avropa rəsmilərinin bir çox hallarda ermənipərəst mövqe sərgiləmələrinə baxmayaraq, rəsmi Brüssel bir qayda olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun mahiyyətinə varıb və bu gün Azərbaycanın ən azı 8 Avropa dövlətinin enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ-nin rəsmi Bakı ilə münasibətlərinə bundan sonra da, sirayət edəcək və heç bir vəchlə Bakının müstəqil siyasətinə ciddi təsir imkanlarına malik olmayacaq. Prezident Əliyevin Borrelkimilərə Azərbaycandan uzaq durmağı tövsiyyə etməsi məhz buna dəlalət edir", politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0