Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə VIII sinif şagirdini bıçaqlayan məktəbli saxlanıldı

© Sputnik / Ilham MustafayevPPX avtomobili
PPX avtomobili - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Hacıyev 10-cu sinif şagirdidir.
BAKI, 19 dekabr — Sputnik. Gəncədə məktəbliyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən saxlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Gəncə şəhərində 8-ci sinif şagirdi mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Hacıyev isə 10-cu sinif şagirdidir. Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin X sinif şagirdi həmin məktəbin VIII sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir:
"Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb".
Bildirilir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
18.12.24, 17:35
Gəncədə şagird şagirdi bıçaqladı - Rəsmi açıqlama
Gəncə şəhərində X sinif şagirdinin həmin məktəbin VIII sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin X sinif şagirdi həmin məktəbin VIII sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Qeyd olunur ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onunn fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir:
"Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb".
Bildirilir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

"Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - məlumatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0